Naxçıvan Dövlət Kukla Teatrı — 1989-cu ildə Naxçıvanda uşaqlar üçün yaradılmış teatr.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Teatrın tipi | Kukla teatrı |
Əsası qoyulub | 14 sentyabr 1989 |
Heyət | |
Direktor | Şirzad Abutalıbov (Xalq artisti) |
Bədii rəhbər | Şirzad Abutalıbov (Xalq artisti) |
Yerləşməsi | |
Ünvan | Naxçıvan, Heydər Əliyev prospekti, 3 |
Azərbaycan Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli 383 saylı qərarı ilə yaradılmışdır. Teatr Naxçıvan Dövlət Filarmoniyasının binasında yerləşib. Onlara ayrılan salon teatr üçün yenidən qurulub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. 2004-cü il mart ayının 11-dən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoymuşdur. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə,,İran İslam Respublikası,Tacikistan Respublikalarında təşkil edilmiş kukla teatrı festivalında iştirak etmişdir.
Bədii rəhbər direktor -Şirzad Abutalıbov Əsəd oğlu(1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti,2005-2008-ci illərdə Prezident mükafatı,2008-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti Fəxri adlarına layiq görülmüşdür.)
Aktyorlar
Tel.: +994(36) 545-34-23