Naxçıvan Elm və Texnika Mərkəzi

Naxçıvan Elm və Texnika Mərkəzi (tam adı: Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi Naxçıvan Elm və Texnika Mərkəzi) — muxtar respublikanın təbii sərvətlərinin tədqiqi və onların emalı üçün yeni texnologiyaların işlənib hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 22 yanvar tarixli qərarı ilə  yaradılmışdır.[1]

2003-də ləğv edilib[2].

Mərkəzdə bölgənin dərman bitkilərinin, yabanı bitkilərin toplanması, öyrənilməsi, yayılması və tədarükü sahəsində geniş tədqiqatlar aparılmış, 50-dən çox dərman bitkisinin xüsusiyyətləri, ayrı-ayrı xəstəliklərin müalicəsində istifadə yolları (dəmləyib çay içmək və vanna qəbul etməklə) müəyyənləşdirilmişdir. Bəzi dərman bitkilərindən cövhər, krem və yağlar almaq məqsədilə aparılan tədqiqatlar nəticəsində 14 adda cövhər alınmış, bölgənin xammalı ehtiyatlarından kimyəvi emal yolu ilə 8 adda duz, Darıdağ termal suyunun (DTS) quru qalığı, natrium xlorid duzu alınmasının yeni istehsal texnologiyası və s. işlənib hazırlanmışdır.[1] 

  1. 1 2 Naxçıvan Elm və Texnika Mərkəzi// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 82-83. — ISBN 5-8066-1468-9.
  2. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]