Naxçıvan MR Dövlət Statistika Komitəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi-statistika sahəsində muxtar respublikada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və muxtar respublikada sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.

Naxçıvan MR Dövlət Statistika Komitəsi
  • Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tabelik Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti
Ünvan Naxçıvan şəhəri
Rəhbərlik
Rəhbər Hüseyn Bağırov

Rəsmi saytı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytı

Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitənin əsasnaməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir.[1]

Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırovdur. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi Azər Zeynalov tərəfindən 2023-cü il 7 aprel tarixindı bu vəzifəyə təyin edilib.[2]

  1. "NAXÇIVAN MUXTAR RESPUBLIKASININ DÖVLƏT STATISTIKA KOMITƏSI HAQQINDA ƏSASNAMƏ" (PDF). 2022-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-28.
  2. "Naxçıvana daha bir kadr təyinatı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.