Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti — Azərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 8 fevral 1991 |
Əvvəlki qurum | Naxçıvan MSSR Nazirlər Soveti |
Tabelik | Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
Baş qərargah | Naxçıvan |
Rəhbərlik | |
Baş nazir | Ceyhun Cəlilov (2024–) |
Birinci müavin | Elşad Əliyev |
Müavin | Bəxtiyar Məmmədov |
Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:
I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.
III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
— muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
— muxtar respublikanın büdcəsini icra edir;
— muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
— muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
— nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
— Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.
I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.
Baş nazir | Ceyhun Cəlilov | 25 aprel 2024[1] | ||
Baş nazirin birinci müavini | Elşad Əliyev | 27 iyun 2018[2] | ||
Baş nazirin müavini | Bəxtiyar Məmmədov | 20 iyun 2023[3] | ||
Daxili İşlər Nazirliyi | Süleyman Neymətov | Bitərəf | 28 dekabr 2022[4] | |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi | Xanlar Mustafayev | 4 iyun 2024[5] | ||
Fövqəladə Hallar Nazirliyi | Şahin Mirzəyev | Bitərəf | 17 yanvar 2023[6] | |
Ədliyyə Nazirliyi | Hüseyn Səfərov | 11 oktyabr 2023[7] | ||
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Fərid Bağırzadə | 25 aprel 2024[8] | ||
Gənclər və İdman Nazirliyi | Məcid Seyidov | Yeni Azərbaycan Partiyası | 21 iyul 2023[9] | |
İqtisadiyyat Nazirliyi | Abbas İsmayılov | 8 dekabr 2023[10] | ||
Kənd Təsərrüfatı Nazirliyi | Xəyalə Dadaşova | 28 fevral 2023[11] | ||
Maliyyə Nazirliyi | Həsən İsmayılov | 16 iyul 2024[12] | ||
Mədəniyyət Nazirliyi | Həsən Seyidov | 14 avqust 2023[13] | ||
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi | Rahid Ələkbərli | Bitərəf | 31 oktyabr 2023[14] | |
Səhiyyə Nazirliyi | Samiq Sadıxov | 31 may 2024[15] | ||
Təhsil Nazirliyi | Elxan Nəcəfov | Bitərəf | 31 may 2024[15] | |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | Ramilə Seyidova | |||
Dövlət Statistika Komitəsi | Hüseyn Bağırov | 7 aprel 2023[16] | ||
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | İlqar Sadıqov | 24 yanvar 2023[17] | ||
Dövlət Energetika Xidməti | Məhərrəm Hüseynov | 30 iyul 2024[18] | ||
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi | Vüqar Babayev | 19 dekabr 2017[19] | ||
Dövlət Su Ehtiyatları Agentliyi | Malik Rzayev | 1 iyun 2024 [19] | ||
Dövlət Turizm Departamenti | Əkbər Novruzov | 24 aprel 2018[20] |
Baş nazirlər | ||||||
---|---|---|---|---|---|---|
Sıra | Şəkil | Ad | Başlama tarixi | Bitmə tarixi | Partiya | |
1 | Azərbaycan Kommunist Partiyası | |||||
2 | Azərbaycan Xalq Cəbhəsi | |||||
3 | Yeni Azərbaycan Partiyası | |||||
4 | ||||||
5 | ||||||
6 | Bitərəf |