Naxçıvan Muxtar Respublika Kitabxanası

Naxçıvan Respublika Kitabxanası, M. S. Ordubadi adınaNaxçıvan Muxtar Respublikasının ən böyük kitabxanası, elmi-metodik mərkəz.[1]

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi Milli Kitabxana
Yaradılıb 1930
Ünvan Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Atatürk küçəsi, 18
Telefon Tel:(+99436) 5450350
Sayt e-kitab.nakhchivan.az/Az…

Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da ilk ictimai-kütləvi kitabxana və qiraətxanalar fəaliyyətə başlamış, 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kİtabxanası yaradılmışdır. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari kitabxana Naxçıvan şəhəri ilə yanaşı ətraf kəndləri də əhatə etmişdir. 1947-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir.

“Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 19 aprel 2012-ci il tarixində Sərəncam imzalamışdır. Həmin Sərəncamla Elektron Kitabxana yaradılmışdır.

  1. Naxçıvan Respublika Kitabxanası// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 163. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]