Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu

Naxçıvan Muxtar Respublikasının Gənclər FonduNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2012-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yanında yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 yanvar 2013-cü il və 15 mart 2013-cü il tarixli Fərmanları ilə Fondun Nizamnaməsinə dəyişiklik edilərək Ali Məclisin Sədri yanında yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu
NMR GF
Loqonun şəkli
Fəaliyyət göstərdiyi yer Naxçıvan ş. C. Məmmədquluzadə k.
Sədr Cəbi Quliyev

Fondun məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək,maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək, gənclərin təhsili,sağlamlığı, peşəyönümü, məşğulluğu, inkişafı, asudə vaxtının səmərəli təşkili üçün zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanması və yayılması üzrə proqramların və layihələrin həyata keçirilməsini təmin etmək,keçirilən müxtəlif tədbirlərdə istedadlı və fəal gənclərin üzə çıxarılması və onların mükafatlandırılması, istedadlı gənclərin və gənc alimlərin məlumat bankının yaradılması, gənclərlə görüşlərin keçirilməsi, onların ictimai fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasını qarşıya məqsəd qoymuşdur.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublika Prezidenti İlham Əliyev Naxçıvan Gənclər Fondunun açılışında

Gənclər Mərkəzi[redaktə | mənbəni redaktə et]

2013-cü il fevralın 1-də Gənclər Mərkəzi istifadəyə verilmişdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində sərgilərin, təqdimat və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün geniş zal yaradılmış, böyük proyektor quraşdırılmış, 3 iş otağı və kafe istifadəyə verilmişdir.

Binanın ikinci mərtəbəsində elektron kitabxana, bir linqofon kabinəsi,komputer zalı və iki iş otağı yaradılmışdır. Elektron kitabxanada 11 komputer quraşdırılmış, kitabların elektron formata çevrilməsi üçün müasir printer və skanerlər yerləşdirilmiş, kitabların yerləşdirilməsi üçün şkaflar qoyulmuşdur. İnternetlə təmin olunmuş kitabxanada gənclərin digər elektron kitabxanalarla əlaqə saxlaması və kataloqlarla tanış olması üçün şərait yaradılmışdır. Kitabxananın fondunda 1000-ə yaxın elmi və bədii ədəbiyyat mövcuddur.

Burada yaradılmış komputer zalında quraşdırılmış videokonfrans avadanlığı dünyanın istənilən yeri ilə videobağlantıların yaradılması və videokonfransların keçirilməsi üçün əlverişli imkan yaradır. İki monitorun quraşdırıldığı zalda 31 komputer dəsti yerləşdirilmiş və internetə çıxışları təmin edilmişdir.

Binanın üçüncü mərtəbəsində iki linqofon kabinəsi yaradılmış və müasir avadanlıqlarla təmin edilmişdir. Yaradılmış kabinələr istənilən xarici dilin müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə keyfiyyətli tədrisinə imkan verir. Linqofon kabinələrində ümumilikdə 58 komputer dəsti və informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərini özündə əks etdirən 3 sensorlu intellektual lövhə quraşdırılmışdır. Yaradılan şəraitdən səmərəli istifadə etmək məqsədilə aprel ayının 1-dən mərkəzdə ingilis, rus və fransız dilindən hazırlıq kursları fəaliyyətə başlayacaqdır.

Burada gənclər arasında intellektual oyunların keçirilməsi üçün intellektual oyun zalı yaradılmışdır. Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili və intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi,istedadlarının üzə çıxarılması baxımından intellektual oyun zalı xüsusi əhəmiyyət kəsb edir. Zalda intellektual oyunların keçirilməsi üçün müasir avadanlıqlar quraşdırılmış, keçirilən oyunların videokameralar vasitəsilə lentə alınması üçün texnikanın ən son nailiyyətlərindən istifadə edilmişdir.

Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə binanın zirzəmisində bilyard və tennis zalı yaradılmış, atıcılıqla məşğul olmaq üçün tir quraşdırılmışdır.

Nizamnamə[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri yanında Gənclər fondu əsasnaməsi
  2. Naxçıvan Muxtar Respublikası Gənclər Fondu Publik Hüquqi şəxsin əsasnaməsi.

2-ci əsasnamə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-cı il 27 mart tarixli fərmanı ilə təsdiq edilmişdir.

Direktorlar[redaktə | mənbəni redaktə et]

İçraçı direktorlar[redaktə | mənbəni redaktə et]

Layihələr[redaktə | mənbəni redaktə et]

Könüllülük layihələri[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılğı ilə muxtar respublikada ilk dəfə olaraq Sosial könüllülük hərəkatı yaradılıb. Bir qrupu sosial iş ixtisası üzrə təhsil alan tələbələr olmaqla, könüllü gənclər müəyyənləşdirilib, onların müvafiq təlimlərə cəlb edilməsi məqsədilə "Sosial Könüllülük Akademiyası"yaradılıb və təqdimatı keçirilib."Sosial könüllülük" layihəsi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən icra olunur.

Səyyari dövlət qulluğu xidməti könüllüləri layihəsinin məqsədi vətəndaşların sənəd qəbulu zamanı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etmək üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisininin qarşısının alınması,habelə elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə "səyyari dövlət qulluğu xidməti"nin göstərilməsidir.

2019-cu ildən Ekologiya könüllüləri proqramına start verilmişdir. Naxçıvan Gənclər fondu 30-a yaxın vikipediya könüllüsündən ibarət qrupla Azərbaycan, rus, ingilis , alman və fransız dillərində vikipediyada fəaliyyət göstərir. Fondun nəzdində turizm könüllülərindən ibarət təşkilat da yaradılmışdır.

Təhsil[redaktə | mənbəni redaktə et]

2020-ci ildə təhsil xarici müsabiqəsi çərçivəsində ölkə üzrə 488 tələbənin təhsil haqqının fond tərəfindən qarşılanmasına qərar verilmişdir.

Ekoloji layihə[redaktə | mənbəni redaktə et]

2019-cu ildən start verilmişdir. Layihə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icra olunur. Ekoloji lahiyələrdən biri də "Kənddən-kəndə" lahiyəsidir.

İntelektual yarışlar[redaktə | mənbəni redaktə et]

Gənclər Mərkəzində "Xəmsə" intellektual oyunun keçirilməsi üçün yaradılmış intellektual oyun zalından və istifadəyə verilmiş avadanlıqlardan səmərəli istifadə edilərək yeniyetmə və gənclərin iştirakı ilə mütəmadi olaraq "Xəmsə", "Nə? Harda? Nə zaman?", "Breyn Rinq", "Erudit kvartet" "Inteqrasiya" , "Kviz" intellektual oyunları keçirilmişdir.

Müsabiqələr[redaktə | mənbəni redaktə et]

Fond tərəfindən "Zəka Sənsən", "Sən gül ki, dünya gülsün", "TGT Kuboku", "Xarici dillərdə Xəmsə" və digər bir çox layihələr reallaşdırılmışdır.

Əlavə olaraq, "Naxçıvan: doğma diyar", "Ümummilli lider Heydər Əliyev və Naxçıvan", "Naxçıvan: müstəqillik illərində", "Torpaq, uğrunda ölən varsa Vətəndir", "Vətən mənə oğul desə…" adlı inşa yazı müsabiqələri, şeir müsabiqələri və digər tədbirlər keçirilmişdir.

Digər[redaktə | mənbəni redaktə et]

Naxçıvandan Konyaya bir körpü" Beynəlxalq konfrans, "Naxçıvan Marafonu", "Novruz qatarı", "Kənddən — kəndə", "Yeni il tədbirləri", "İkinci peşəm", "İlk irimiqyaslı fləşmob (8 Mart)", ""Yer saatı" ekoloji aksiyası", "Muxtar Respublika Tərcümə müsabiqəsi", "Street Basketball", "Bədən Dili təlimləri", "Startap təlimləri", "Səyyari dövlət qulluğu xidməti könüllüləri", "Ekologiya könüllüləri", "Sosial könüllülər", "Gənclik Səhnəsi", "Diqqət Piyada aksiyası", ""Gənclik Naxçıvanda" düşərgəsi", "Nəsimi həftəsi", "Ailə Biznesi Simulyasiyası" və daha bir çox lahiyələri fond tərəfindən gerçəkləşdirilmişdir.

"Naxçıvandan Konyaya Bir Körpü" beynəlxalq konfrans keçirilib. Selçuk Universiteti Süleyman Demirel Kültür Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının layihəsinə əsasən "Naxçıvandan Konyaya Bir Körpü" beynəlxalq konfrans keçirilib.

Fond tərəfindən Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Naxçıvan marafonu-2019" keçirilib."Sağlamlıq üçün qaç!" respublikada ilk dəfə marafon təşkil edilib. Yarış Olimpiya İdman Kompleksinin qarşısı, Xətai məhəlləsi, daha sonra Şıxmahmud və Xəlilli kəndlərindən keçərək Nəbatat bağı boyunca Uzunoba gölü ətrafınadək marşrutu əhatə edib. Yarışın fan zonası finiş nöqtəsində – Uzunoba gölü ətrafında təşkil olunub. "Gənc rəssamların incəsənət döyüşü" adlı rəsm müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən reallaşdırılan "Gənclərin istehsalat prosesi ilə tanışlığının təmin olunması" layihəsi çərçivəsində könüllülərin "Naxçıvan Bağları" Məhdud Məsuliyyətli Cəmiyyətinə ekskursiyası təşkil edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]