Naxçıvan Muxtar Respublikasının XIII futbol çempionatı

Naxçıvan Muxtar Respublikasının XIII futbol çempionatıNaxçıvan Muxtar Respublikasının futbol çempionatının 2015-ci ildə başa çatmış mövsümü[1]. "Araz-Naxçıvan" komandası çempionatın qalibi olmuş[1], "Dinamo" ikinci, Naxçıvan Dövlət Universiteti üçüncü yeri tutmuşdur[2].

Sezon 2014-2015
Çempion Araz-Naxçıvan

Təşkilatçılar

[redaktə | mənbəni redaktə et]

Çempionat 2014-cü ilin sentyabr ayının sonlarında başlamış və 2015-cı ilin may ayında başa çatmışdır[2].

Çempionatda 10 komanda 18 turdan ibarət ikidövrəli sistem üzrə mübarizə aparmışdır[2].

Yekun turnir cədvəli

[redaktə | mənbəni redaktə et]
Yer Komandalar O Q H M T/F Xal
1 Araz-Naxçıvan 18 17 1 0 68-11 52
2 Dinamo 18 14 1 3 59-21 43
3 NDU 18 13 1 4 49-19 40
4 Arpaçay 18 9 4 5 43-31 31
5 Batabat 18 7 4 7 37-42 25
6 Əlincə 18 5 6 7 29-41 21
7 Babək 18 6 2 10 40-39 20
8 Dübəndi 18 4 1 13 26-59 13
9 Sədərək 18 2 1 15 25-67 7
10 Kəngərli 18 2 1 15 16-62 7

Klubların performansı

[redaktə | mənbəni redaktə et]

Mövsümün qalibi olan "Araz-Naxçıvan" futbol komandası çempionatı məğlubiyyətsiz başa vurub. Komanda mövsüm ərzində yalnız bir dəfə xal itkisi ilə üzləşməli olub. Belə ki, Şərurda "Arpaçay" komandasının qonağı olan "qırmızı-ağlar" meydanı heç-heçə tərk ediblər. Son 3 tura kimi "Dinamo" futbol klubu "Araz-Naxçıvan"ı izləsə də, rəqiblər arasında keçirilən matç hər şeyi həll edib. Naxçıvan MR Daxili İşlər Nazirliyinin komandası mövsümdə ərzində meydanı 3 dəfə məğlub tərk edib ki, bunun da məhz ikisi "Araz-Naxçıvan"la oyunlara təsadüf edir. Onlar digər məğlubiyyətlə Şərurda "Arpaçay"la oyunda üzləşiblər. 3 məğlubiyyət və əldə edilən 43 xal nəticəsində "Dinamo" mövsümü ikinci pillədə başa vurub[2].

İlk dövrəni liderlər cərgəsində başa vuran Naxçıvan Dövlət Universitetinin komandası isə üçüncülüklə kifayətlənməli olub. Tələbələr mövsüm ərzində 4 dəfə meydanı məğlub tərk ediblər ki, onların Şahbuzun "Batabat" komandası qarşısında büdrəməsi gözlənilməz olub[2].

Mövsümün gözlənilməz nəticələrinə imza atan komanda "Arpaçay" olub. Şərur təmsilçisi doğma arenada keçirdiyi oyunların yalnız birində – NDU ilə görüşdə məğlub olub. Digər matçlarda isə bütün rəqiblərindən xal almağı bacarıb. "Arpaçay"dan fərqli olaraq, "Kəngərli" komandası mövsümün ən uğursuz kollektivi adını qazanıb. Belə ki, Kəngərli futbolçuları mövsüm ərzində keçirdikləri oyunlarda yalnız 7 xal toplayıblar[2].

Mövsüm ərzində feyr-pley qaydalarına ən çox riayət edən komanda "Kəngərli" olub. Bu komandanın futbolçuları cəmi 8 sarı vərəqə ilə cəzalanmışlar.

2014-2015 mövsümündə hakimlərin ən çox cəzalandırdığı komanda isə "Araz-Naxçıvan" olub. 18 tur ərzində referilər "qırmızı-ağlar"ın oyunçularına 30 sarı, 3 qırmızı vərəqə göstəriblər. Bu göstəriciyə görə növbəti yerlərdə 24 sarı və 3 qırmızı vərəqə ilə "Dinamo" və 19 sarı, 3 qırmızı vərəqə ilə Culfanın "Əlincə" komandasıdır[2].

Mövsümün bombardiri adını "Araz-Naxçıvan"ın hücumçusu Tağı Seyidov qazanıb. O, 18 tur ərzində rəqib qapılardan 18 top keçirməyə müvəffəq olub. Digər iki pillədə də "Araz-Naxçıvan"ın futbolçuları qərarlaşıblar. Turqay İbrahimov 17 qol vurub, İbrahim Əliyev isə 14 dəfə fərqlənib[2].