Naxçıvan gavalısı

Naxçıvan gavalısı (lat. Prunus nachichevanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Naxçıvan gavalısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda, Azərbaycanda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

5 m hündürlüyündə, qışda yarpağını tökən, böyük kol və ya kiçik ağacdır. Kiçik gövdələri əvvəlcə bir az tükcüklü, sonradan çılpaq olur. Yarpaqları böyük, yaşıl, yumurtavari formada, uzunluğu 2-6 sm, eni 1-3 sm olub, kənarları dişlidir. Alt yarpaqları bəzən iynəlidir. Apreldə çiçəkləyir və iyunda meyvə verir. Çiçəkləri ağ və ya çəhrayı, qısa yan budaqlarda nazik saplaqlarda yerləşib, uzunluğu 1-3 sm-ə çatır. Hər çiçəyin beş yumru kasayarpaqları və beş ləçəyi olub, çoxsaylı erkəkciklərdən ibarətdir. Ətli, sarı və ya qırmızımtıl meyvələri 15-25 mm olub, yumru formada, yetişdikdə yaşıldan sarıya və ya qırmızımtıl rəngə qədər dəyişir.

Şaxtaya davamlıdır. Kasıb torpaqlarda, dəniz səviyyəsindən 800-2000-m hündürklərdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-da Şahbuz rayonuda, Batabatda təbii halda rast gəlinir.

Payızda yarpaqları qırmızı və ya bənövşəyi çalarları olub, dekorativ görünüşə malikdir. Meyvələri çox yumşaq və suludur, qidada istifadə edilir, turşu hazırlanır, müxtəlif xəstəliklərin müalicəsində istfadə edilir. Yerli sakinlər onu göyçə adlandırır.

  1. The Plant List (ing.). 2010.