Naxçıvan gil yatağı

Naxçıvan gil yatağı- Babək rayonu ərazisində,Naxçıvan şəhərindən 2.5 kilometr şərqdə, Naxçıvan gil yatağı I-dən 3 kilometr şərqdə,Naxçıvançayın sol sahilindədir. Geoloji quruluşunda müasir dövrün boz, çəhrayımtıl-boz rəngli gilləri iştirak edir. Sahəsi 0.06 kvadrat kilometr, faydalı qatın qalınlığı 2.8–5.4 metrdir. Yarımzavod tədqiqatlarının nəticələrinə görə, gil süxurları "75" markalı kərpic istehsalına yararlıdır.Yataq 1976-cı ildən istismar olunur. Yatağın A+V+S kateqoriyaları üzrə ehtiyatı 1513 min kub metrdir.[1]

  1. Naxçıvan ensiklopediyası. Naxçıvan.2002.