Naxış

Bina üzərində ornament

Ornament (Naxış, Nəqqaşlıq) — bəzək deməkdir. Ritmik elementlərdən ibarət naxış.

Ornamentin ilk rüşeymlərinə Paleolit dövrü abidələrində təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara əsaslanır.

Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə"mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu", onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu.

İstifadə olunan materiallarına görə naxışlar bir neçə cür olur:

  • toxuma naxış
  • basma naxış
  • tikmə naxış
  • oyma naxış — metal, ağac, daş və sümük üzərində.

Ünlü nəqqaşlar

[redaktə | mənbəni redaktə et]
  • Mir Möhsün Nəvvab — şair, musiqi nəzəriyyəçisi, xəttat, rəssamlıq və nəqqaş
  • Səfiəddin Urməvi — musiqi nəzəriyyəçisi, xəttat, nəqqaş
  • Usta Zeynal Nəqqaş
  • Abbasqulu ağa — XVIII əsr Azərbaycanın tanınmış memarı və nəqqaşı
  • Məhəmməd Məcid Təbrizi — Bursadakı Yaşlı Caminin (1424) mehrabı olub
  • Əli ibn Hacı Əhməd — ağac üzərində oyma ustası, Bursadakı Yaşıl Caminin qapısını bəzəyib.
  • Nemətulla Bəvvab ibn Məhəmməd — xəttat və nəqqaş, Təbrizdəki Göy Məscidin (1465) kitabələrini hazırlayıb.
  • Əmirşah Vəlinənkişi — Şirvanşahlar Sarayının (1584) Şərq qapısının bəzəkli baş tağının müəllifi.
  • İsmayıl Nəqqaş Ərdəbili — Şeyx Səfiəddin kompleksində Ali baş qapı tağının (1647) bəzəklərini işləyib.
  • Mirzə qədim İrəvani — XIX əsrin tanınmış nəqqaşı, Sərdar sarayının divar rəsmlərini işləyib (1850).[1]
  1. "Nəqqaşlar". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-30.