15–16 yanvar 2019-cu il tarixlərində Keniyanın paytaxtı Nayrobinin Westlands rayonundakı DusitD2 kompleksində mülki şəxslərə qarşı koordinasiyalı hücum baş verdi. Hücum yerli vaxtla saat 14:30 radələrində, kamikadzenin özünü kompleksin mərkəzi yaxınlığındakı restoranda partlatmasından az sonra başlayıb. Əş-Şəbab qruplaşmasınınn üstləndiyi 22 saatdan çox davam edən hücum nəticəsində 21 nəfər ölüb, 30-a yaxın adam yaralanıb.[1][2][3][4] Terror aktına səbəb kimi Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına adlandırılıb.[5]
Nayrobi terror hücumu | |
---|---|
Ümumi məlumatlar | |
1°16′13″ c. e. 36°48′13″ ş. u.HGYO | |
Tarix | 15 yanvar 2019 |
Ölü sayı |
|
Yaralı sayı |
|
Call of Duty: Modern Warfare (2019)[ing.] oyununda Otter personajı Britaniya Xüsusi Hava Xidməti əsgəri olan Christian Craighead-ə əsaslanır.[6] Craighead hadisədə iştirakı haqqında kitab yazıb lakin kitabın nəşrinə icazə verilməyib.[7]