əş-Şəbab (ərəb. حركة الشباب المجاهدين; somali. Xarakada Mujaahidiinta Alshabaab) — Somalidə məskunlaşan terror təşkilatı. "Əl-Qaidə" terror təşkilatına bağlı olan "əş-Şəbab" terror qruplaşması 2006-cı ildə Somalidə yaranıb. Ölkənin zəif hökumətin əlində olduğunu görən qruplaşma, özünü "İslam dövlətləri"nin tərkib hissəsi adlandıraraq Efiopiya qüvvələrinə qarşı vuruşmağa başlayıb. Terrorçular ələ keçirdikləri torpaqları "İslamın şəriət qaydaları" ilə quracaqları iddiası ilə digər ölkələrdən də öz aralarına cihad adı altında insanları cəlb edir.
Əş-Şəbab | |
---|---|
حركة الشباب المجاهدين | |
Növü | Terror təşkilatı |
Yaranma tarixi | 2006-ci il |
Rəsmi dili | Ərəbcə, Somalicə |
Üzvləri | 7,000-9,000 |
Vikianbarda əlaqəli mediafayllar |
Hərəkatın adı ərəbcədən "Hərəkət əş-Şəbab əl-Mucahidun" (Mücahid Gənclər Təşkilatı) olub, qısa olaraq "əş-Şəbab" kimi tanınır.[1]
əş-Şəbab terror təşkilatı ilk dəfə 2004-cü ildə "Hizbul Şəbab" (Gənclər Partiyası) adı ilə tanınmağa başlayıb.[1] əş-Şəbab hərəkatının qurucuları daha əvvəl Somalidə əsas İslam cəbhəsi hesab olunan "İslam Məhkəmələri" adlı hərəkatda olub.[1] Ancaq sonradan daha radikal görüşlü şəxslər ayrılaraq əş-Şəbabı yaradıblar.[1] Təşkilat Somalidə yumşaq "İslam Məhkəmələri" Hərəkatına qarşı düşmən cəbhədə dayanır və ilk dəfə 2009-cu ildə ölkənin prezidenti, keçmiş məktəb müəllimi Şərif Əhmədin hökumətinə qarşı silahlı müqavimətə başlayıb.[1]
əş-Şəbab yarandığı gündən bu yana Somalidə bir neçə iri terror hücumları həyata keçirib. Politoloqların fikrincə, "Əş-Şəbab" qruplaşması əsasən partizan döyüşlər aparır. Bölgədə daha çox Keniya və Afrika Birliyinə daxil ölkələrə gələn turistləri, eləcə də əsgərləri oğurlayırlar. Buna baxmayaraq Efiopiya qüvvələri ölkənin qərbindən daxil olaraq Beledveyne və Baidoa şəhərlərini nəzarətə götürməyə müəffəq olub. Terrorçular 2015-ci il 21 sentyabrında 152 adamın ölümünə səbəb olan terror Qarissa Universitet Kollecinə hücumunu üzərinə götürüb.[2]
Qruplaşma öz şəriətinə uyğun şəkildə zina etməkdə günahlandırılan qadınları daşlayaraq öldürür, oğruları isə əllərini kəsməklə cəzalandırır.