Naytvolf (Mortal Kombat)

Gecə canavarı
Gecə canavarı
Ümumi məlumatlar
Adı: Gecə canavarı
Orijinal adı: ing. Nightwolf
Yaradıcı: Con Tobias və Ed Bun
İlk görünüş: Mortal Kombat 3
Səsləndirən: Seyl Divit və Tod Touli
Xüsusiyyətləri
Ailə: yoxdur
Cins: Kişi
Dostları: Yer döyüşçüləri
Düşmənləri: Yeraltı dünya döyüşçüləri
Silah: Tomaqavk, Boqen (Oxatan)
Ləqəbləri: yoxdur
Görünüş: İnsan
Döyüş növü: Val Tudo, Taekvondo
Dünya: Yaxşı
Doğum yeri: Yer
Məşğuliyyəti: Apaçi döyüşçüsü, Şaman
Qabiliyyəti: Ruhlarla insanlar arasında əlaqə yaradır

Gecə canavarı (ing. Nightwolf) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. İlk dəfə bu personaj 1995-ci ildə Mortal Kombat 3 videooyunu üçün hazırlanmışdır. Ardınca "Gecə canavarı" personajı Mortal Kombat oyun seriyaları olan Ultimate Mortal Kombat 3, Mortal Kombat Trilogy, Mortal Kombat: DeceptionMortal Kombat: Armageddon döyüş oyunlarında vardır.[1][2][3]

Yeraltı dünyanın portalları Şimali Amerikaya açılan zaman Gecə canavarı dəstəsini qorumaq üçün magiyadan istifadə etməyə başlayır. Bu müqəddəs torpaq hətta Şao Kannın qara qüvvələrinin daxil ola bilmədiyi torpaqdır. Bu səbəbdən Gecə canavarı Yerdə yaşayan döyüşçülərə hindu dəstəsinə məxsus torpaqlara qaçmağa kömək edir ki, Yeraltı dünyanın qara qüvvələri onları məğub edə bilməsin. Məhz həmin torpaqlardan Yer döyüşçüləri Şao Kanna qarşı plan qura bilərlər. Yer döyüşçülərin Şao Kann üzərində qələbə qazandıqdan sonra Gecə canavarı dəstəsinə çoxdan itirilmiş torpaqları geri qaytarır. Bu hindu dəstələri burada böyük xalq dəstəsi quraraq Yerin ən böyük liderlərindən birinə çevrilirlər.

Bir neçə il keçdikdən sonra Gecə canavarı qara qüvvələrinin Yerə yaxınlaşacağını hiss edir. Onun görücülüyü əjdahalar imperatoru Onaqanın dirilməsi ilə kəsilir. Yeni qara qüvvələrin döyüşçüləri ilə döyüşmək üçün Gecə canavarı "Günah yeyən" roluna girir ki, planını müntəzəm surətdə həyata keçirə bilsin və Onaqaya son qoysun. Amma bu çox qorxulu plan idi. Bu rola girdikdən sonra xarakteri nisbətən dəyişir və dəstəsinə zərər yetirə biləcək qorxulu adama çevrilir. Gecə canavarı xüsusi sözlər oxuyaraq Onaqanın ruhunu bu qorxulu yerə çəkir. Bundan sonra Gecə canavarı dəstəsinin bütün günahlarını Onaqanın üzərinə çəkir. Günahlar Onaqanın üzərinə çəkilməmişdən bir neçə saniyə əvvəl Sucinko keçmiş imperatora sonuncu zərbəsini vurur. Beləliklə, Gecə canavarı Onaqa üzərində qələbə qazanır. Bu hadisələrdən sonra Gecə canavarı Yerə qayıdır.

Amma onun Onaqanın üzərində qələbə qazanması qara qüvvələrin yox edilməsi demək deyildir. Keçmiş hindular Gecə canavarı ilə ruh əlaqəsi yaradaraq ona yeni döyüşün başlanmasını ona xəbər verirlər. Bu səbəbdən Yerdəki döyüşçülər xüsusi toplantı keçirirlər. Toplantıda Conni Keyc keçmiş allah Şinnokun yeni qara qüvvələri yığacağını söyləyir. Gecə canavarı Conni Keycə onun döyüşməsində kömək edəcəyini bildirir. Toplantıda Gecə canavarı Kitana ilə rastlaşır. Gecə canavarı bilir ki, Kitana ilə Liu Kenqin ruhu birləşsə, qara qüvvələrin qarşısında böyük güc olacaqdır. Amma hal-hazırda Gecə canavarı bunu edə bilmir. Bu səbəbdən şaman magiyalarından istifadə edərək onların ruhlarını üzərinə çəkir ki, qara qüvvələr üzərində böyük qələbəni əldə etsin.

Gecə canavarı Yerdə yaşan döyüşçülərdən biridir. Bu döyüşçü ruhla insan arasında əlaqə yarada bilir. Gecə canavarı Şərqdə Reyden kimi bilinən Haok ilə görüşməyə gedir. Gecə canavarının qara qüvvələrlə vuruşması üçün ruhlar onun içinə girərək, ona güc verir. Gecə canavarı artıq uzun ömürlü olacaqdır. Artıq onun əlində döyüşmək üçün efirdən hazırlannmış silah vardır.

Süjetdə ilk dəfə Gecə canavarı "Ölümücül döyüş" yarışının 10-cu mərhələsində peyda olur. Burada Gecə canavarı Yer döyüşçüləri tərəfindən döyüşür. Yarışda peyda olan Skorpion onu görən kimi əsas ikinci rəqibi hesab edir. Skorpion onun keçmiş nəslinin qatillərindən intiqam almamasını düşünüb, onu turnirdə məğlub edir. Bir müddət keçdikdən sonra Gecə canavarı Liu Kenqin Şanq Tsunq üzərində qələbə çalmasında peyda olur. Lakin Gecə canavarı Bu Şinin Akademiya mükafatlandırma mərasimində iştirak etmir.

Gecə canavarı orijinal süjetin finalında Şao Kannın Yerdə məğlubiyyətində peyda olur. Körtis Straykerin Ermak üzərində qələbə qazanmasından sonra Gecə canavarı Straykerə Yer döyüşçüləri tərəfindən vuruşmağı təklif edir. Gecə canavarı Kiber Sab-Zironun proqramlaşdırılması zamanı yenidən peyda olur. Reyden Solnado haqqında yuxugörməsindən sonra Gecə canavarı ondan yuxusunda hansı hadisəni gördüyünü soruşur. Reyden ona hindu tayfasının Kuan Çi ilə vuruşacaq Kiber Sab-Ziroya köməyə gedəcəyini bildirir. Bu yuxugörmədən sonra Gecə canavarı Kuan Çi ilə vuruşur və onun üzərində qələbə çalır. Döyüşdən sonra Gecə canavarının üzərinə Nub Saybot hücum edir. Bu zaman Gecə canavarı onu Soulnadonun ruhları içinə salır və nindza yoxa çıxır. Bu hadisələrdən sonra Gecə canavarı Raydenin yanına xoş xəbərlərlə qayıdır. Lakin Reyden hələ də amuletinin dağılacağını görür.

Lin Kuey Yer döyüşçüləri üzərinə hücum edən zaman Gecə canavarı əvvəlcə Sayreks, sonra Sektorla vuruşur və kiborqlara qalib gəlir. Kiborqlar üzərində qələbədən sonra Yer döyüşçülərinə Şanq Tsunqun idarəsi altında olan Sindel hücum edir. Sindel demək olar ki, bütün Yer döyüşçülərini öldürür və Gecə canavarını ağır yaralayır. Yaranın ağır olmasına baxmayaraq Gecə canavarı onunla qəhrəmancasına vuruşur və həyatını itirərək ona qalib gəlir. Bir müddətdən sonra Gecə canavarının ruhu Kuan Çinin idarəsi altında olur. Reyden keçmiş müttəfiqi Gecə canavarının üzərində qələbə qazanır.

Döyüş xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

"Gecə canavarı" hindu qəbiləsinin mədəniyyətini qoruyan şaman və tarixçidir. Yer döyüşçüləri tərəfindən mübarizə aparır. "Gecə canavarı" personajı spiritual enerjidən oxatan düzəldir və döyüşlərində işlədir. Hindu baltasının zərbə gücünü yaşıl alovun hesabına artırır. Ətrafında enerji yaradaraq, rəqibləri tərəfindən ona atılan alətləri onların üzərinə yönləndirə bilir. "Gecə canavarı" personajı daim təbiətlə və ruhlarla harmoniyada qalır. Canavarlarla danışa bilir və onların hesabına güc toplayır. Həmçinin, canavara dönə bilir. "Mortal Kombat 3" "Mortal Kombat: Deception" və "Mortal Kombat: Armageddon" seriyalarında onun istifadə etdiyi fəndlər Taekvondo, həmçinin, Vale Tudo döyüş növü sənətlərinə aiddir.

Mortal Kombat 3 videooyunundan əvvəl "Gecə canavarı" personajının adı "Hindu" kimi bilinirdi. Bu personajın yaradıcıları Con Tobias və Ed Bundur. Personajın rəssamı isə Con Tobiasdır. Onun əsas silahları hindu baltası (tomahavk) və oxatandır. Ed Bun "VideoGames" jurnalının 1995-ci ilin buraxılışlarının birində bu personajı "milli olmayan hindu" adlandırmışdır. Bu personajın "Mortal Kombat 3" seriyasında peyda olması, "Mean Machines Sega" və "SuperGamePower" jurnalları tərəfindən müsbət qarşılanmışdır.[4][5] Bu seriyada "Gecə canavarı" personajı, döyüş janrında yaradılmış "Street Fighter" videooyununda T. Havk (ing. T. Hawk) və "Killer Instinct" videooyununda Şef Tunder (ing. Chief Thunder) kimi hindu personajlarından xarici görünüşünə və sıra əlamətlərinə görə fərqlənirdi. Həmçinin, 'Hoya! Hoya!' və buna bənzər bir çox sözlərdən istifadə etmirdi.[6]

"Total!" (Total 64) jurnalı "Gecə canavarı" personajını "Mortal Kombat Trilogy" seriyasının parlaq ulduzların biri olaraq dərc etmişdir.[7] "Mortal Kombat: Armageddon" seriyasında ABŞ-nin məşhur kitab nəşr edən kompaniyalarından biri olan "Random House" kompaniyasının, videooyunlar haqqında məlumatlar dərc edən "Prima Games" bölməsi bu personajı nisbətən az, 4/10 reytinqlə qiymətləndirmişdir.[8] 2011-ci ildə isə yayımlanan "Mortal Kombat" seriyasından isə "Prima Games", "Gecə canavarı" personajını müsbət qarşılamışdır.[9] "UGO Networks" veb-saytı bu seriyada "Gecə canavarı" personajını "2012-ci ilin ən yaxşı personajları siyahısı"na daxil etmiş və bu siyahıda 20-ci mövqedə qərarlaşmışdır.[10]

"Gecə canavarı" personajı "Ölümcül döyüş: Səltənətin müdafiəçiləri" cizgi serialında peyda olur. Bu personajı Tod Touli səsləndirmişdir. "Gecə canavarı" Yer döyüşçülərini həm spirtual (ruh), həm də texniki baxımdan kömək edir. Şaman kompüteri yaxşı başa düşür. Serialda "Gecə canavarı" bir neçə dəfə döyüş edir. Çox vaxtını isə Yer döyüşçülərini müşahidə edərək bazada qalır. Onun Kiva adında bir canavarı vardır. Bu canavarla birləşən zaman Gecə canavarının gücü daha da artır.

"Gecə canavarı" personajı Ölümcül döyüş 2: Məhv etmək filmində peyda olur. Bu personajı Qeri Pol Devis canlandırır. Əvvəlcə "Gecə canavarı" filmdə canavar kimi yaranır. Bu canavar Liu Kenqin üzərinə yeriyir. Bu zaman canavar öz halından insan halına dönür və Liu Kenq onun "Gecə canavarı" olduğunu başa düşür. Bu müddətdə "Gecə canavarı" Liu Kenqə animalitini, yəni bir insanın heyvana dönməsini izah edir və onun Şao Kanna qalib gəlmək üçün əsas üç vəziyyəti başa salır. Filmin digər epizodlarında "Gecə canavarı" peyda olmur. Filmdə "Ölümcül döyüş: Yerin qoruyucuları" teleserialından fərqli olaraq "Gecə canavarı" döyüşmür.

  1. Bridgman, Andrew. "The Dorklyst: The 7 Most Stereotypical Native American Characters in Fighting Game History". Dorkly Article. 2014-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
  2. The Escapist : Native Resolution Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine Yoxlanılıb: 8 iyul 2015
  3. The Top 7… Native American stereotypes Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine GamesRadar.com saytında, Yoxlanılıb 2008-11-24
  4. "Mean Machines Sega Magazine Issue 37". Archive.org. İstifadə tarixi: 2014-05-22.
  5. "SuperGamePower Especial – No. 01 (1996-12)". Archive.org. İstifadə tarixi: 2014-05-22.
  6. VideoGames: The Ultimate Gaming Magazine #75 (April 1995), page 48.
  7. Total 64 2/97, page 60.
  8. Bryan Dawson, Mortal Kombat: Armageddon (Prima Official Game Guide), Prima Games 2006 (p. 221–224).
  9. Jason Wilson, Adam Hernandez, Mortal Kombat: Prima Official Game Guide, Prima Games 2011 (p. 165).
  10. "Top 11 Mortal Kombat Characters". Web.archive.org. 2009-01-23. 2012-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]