Nazarbayev şəxsiyyətinə pərəstiş — bu ifadə siyasi və media mühitində Nursultan Nazarbayev şəxsiyyətinə pərəstişlə dünyanın digər liderlərinin şəxsiyyətlərinə pərəstişlə müqayisəsinin siyasi və sosioloji imicinin təbiətini təsvir etməkdir.
Qazaxıstanın birinci prezidentinin gününə həsr olunmuş "Тұнғыш-Birinci"" sənədli film həftəsi Astanada keçirilir. Birinci gün iki film təqdim olunmuşdur. Birinci "El anası" sənədli filmində prezident özü anası haqqında danışır. İkinci film isə "Səhabələr" adlanır bu filmdə prezidentlə birgə oxuyanlar, işləyənlər onun şəxsiyyətindən danışır, onun necə insan olmasını bildirir. Təşkilatçıların sözlərinə görə sənədli film həftəsi ərzində 8 yeni film təqdim olunacaqdır. Burada Qazaxıstan Prezinedtinin həyatı və şəxsiyyəti öz əksini tapacaqdır. Hər gün müstəqil Qazaxıstan tarixinin müxtəlif mərhələlərinə və dövlətin inkişafında Nursultan Nazarbayevin roluna həsr olunmuş filmlər təqdim olunacaqdır. Bundan əlavə hərəkət şəkillərinin təqdimatından sonra iştirakçılar Elbaşı həyatından maraqlı anları müzakirə edəcəklər.
Nursultn nazarbayevin hakimiyyəti illərindəcə ona çoxlu sayda abidə qoyulmuşdur: Alma-atadakı prezident parkında[1], Taldıkorqan[2], Astanada baralyef[3]. Ukraynada təhsil aldığı yerdə[4], Qaqauziyanın mərkəzində, Komratda, Qırğızıstanın Çolpon-Ate şəhərində və Ankarada[5] Nursultan Nazarbayevə abidə qoyulmuşdur. 10 iyun 2018-ci ildə Nazarbayevin 78-ci doğum günü şərəfinə Astanadakı Milli Muzeydə heykəli açılır. Bu abidə Vaşinqtonda ABŞ-nin 16 prezidenti Abraham Lincoln abidəsinin bənzərliyi əsasında hazırlanmışdır.[6][7].
1 dekabr Qazaxıstanda Birinci Prezident Günü olaraq qeyd edilir və rəsmi dövlət bayramı kimi iş olmur. [8] Birinci Prezident Günü ərəfəsində 3 mindən çox şagird kütləvi şəkildə Elbaşıya sevgisini etiraf edirlər[9]
Onun doğum günü dövlət bayramı sayılan Paytaxt Günü ilə üst-üstə düşür. 7 mayda prezidentin birinci qızı Dəriğə Nazarbayevanın ad günü, Vətən Müdafiəçilərinin Günü ilə üst-üstə düşür[10] Hər ikisi də istirahət günüdür.
20 mart 2019-cu ildə Prezident Tokayev şəhərlərin və paytaxtın mərkəzi küçələrinin adının Nazarbayevin şərəfinə adlandırılması təklifini irəli sürür. Ekspertlərin fikirincə bu ad dəyişmələr ölkə büccəsinə 125 milyon dollara başa gələcəkdir (və ya 47 301 250 000 təngə).[11][12]
Elə həmin gün parlamentin qərarı ilə Astananın[13][14] adı Nur-Sultan[15] olaraq dəyişdirilir. Bununla yanaşı bir çox çəhərlərdə küçələrin adıda dəyişdirilmişdir..
Şəhər | əvvəki adı | yeni adı | imzalayıb |
---|---|---|---|
Şimkənt | Astana prospekti | Nazarbayev | Qabidulla Adrahinov |
Taraz | Tole bi prospekti | Nazarbayev | Rüstəm Daulet |
Atırau | Satpayev prospekti | Nazarbayev | Əlimuhammet Kuttumuratulı |
Ust-Kameneqorsk | Тәуелсіздік prospekti (Azadlıq) | Nazarbayev | Jaksıklıq Omar |
Pavlodar | Тәуелсіздік prospekti (Azadlıq) | Nazarbayev | Anuar Kumpekev |
Taldıkorqan | Тәуелсіздік prospekti (Azadlıq) | Nazarbayev | Dastan Şaltabayev |
Uralsk | Dostık | Nazarbayev | Murat Mukayev |
Aktobe | Abulxair Xan prospektinin bir hissəsi, Moldaqulov prospektindən Bokenbay batır küçəsinə qədər. | Nazarbayev | İlyas İspanov |
Aktau | QR Birinci Prezidenti prospekti | Nazarbayev | Qalımcan Niyazov |
Qızılorda | Jibek Jolı küçəsi | Nazarbayev | Nurlıbek Nalibayev |
Petropavlovsk | Sülh küçəsi | Nazarbayev | Marat Masmaqanbetov |
Karaqanda | Sülh bulvarı və Tulepov küçəsi | Nazarbayev | Nurlan Aubakirov |
Kostanay | Abay prospekti | Nazarbayev | Kayrat Əhmədov |
Kokşetau | Maksim Qorki küçəsi | Nazarbayev | Ermek Marjıkpayev ? |