Nazikburun çömçəxul (lat. Benthophilus leptorhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Nazikburun çömçəxul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Nazikburun çömçəxul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xəzərin endemik növüdür. Azərbaycan sahillərində ancaq Yalamadan Giləziyə qədər qeydə alınmışdır.
Bədəni bir qədər uzunsov, öndən və üstdən basıq, başı ensiz, burnu uzunsovdur. Başı üstdən demək olar ki, düzdür. Çənəsində kiçik dəri bığcıq, ağızın küncləri arxasında isə dəri qırış əvəzinə iki sıra xırda dişcik vardır. Bədəni və başı üstdən və böyürlərdən yeknəsəq ziyillərlə örtülmüşdür. Belində və böyürlərində iri xallar yoxdur.
1915-ci ildə təxminən 4,0 sm uzunluğunda təxminən yetkin bir dişi fərd tutuldu. Hər iki yumurtalığında hər yumurtanın diametri 2 mm olan 60 yumurta var idi.
Vətəgə əhəmiyyəti yoxdur.