Nazimçarx maşın hissəsi olub, kinetik enerjini toplmağa və sonra istifadə etməyə imkan verir. Nazimçarx çox vaxt fırlanma sürəti periodik dəyişən maşınlarda güc dəyişməsini kompensasiya etmək üçün tətbiq olunur. Hibrid mühərriklərində də həm enerji toplayıcısı, həm də rekuperasiya əyləci kimi tətbiq tapır. Məsələn, buxar və porşenli maşınlarda dirsəkli val gücü yalnız bir taktda ötürə bilir. Digər taktlarda fırlanma hərəkətini tamamlamaq üçün onların əlavə enerjiyə ehtiyacları yaranır (havanı sıxmaq üçün). Bu enerji, iş tsikli daxilində nazimçarxda toplanır və sonra istifadə olunur.
Nazimçarx fırlanma enerjisini toplayır:
burada ətalət momenti, isə bucaq sürətidir. Ətalət momenti nazimçarxın quruluşundan asılıdır: Nazimçarxın diametri nə qədər böyük olarsa və çəkisi yüksək olarsa, ətalət momenti də bir o qədər böyükdür.