Nazim Əhməd

Nazim Əhmədov (d.27 may, 1958) — aranjimançı, sintezator ifaçısı

Nazim Əhmədov 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Tanınmış aranjimançılarındandır. Müxtəlif illərdə Azərbaycan Konsert Birliyində "Bakının işıqları" və başqa musiqi kollektivlərində çalışmışdır. Sonuncu çalışdığı kollektiv məşhur "Aşıqlar" qrupu olmuşdur. Nazim qrupun aranjimançısı və sintezator ifaçısı olmuşdur. 2005-ci ildə bəstəkar Eldar Mansurovun "Bəhramnamə" proyektində qrupun musiqi rəhbəri olmuşdur.