Nazim Abbasov (alim)

Abbasov Nazim Tanrıverdi oğlu (1 aprel 1930, Marksovka, Ağstafa rayonu19 noyabr 2004) — Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri (1972–2004). 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Nazim Abbasov
Abbasov Nazim Tanrıverdi oğlu
Doğum tarixi 1 aprel 1930(1930-04-01)
Doğum yeri
Vəfat tarixi 19 noyabr 2004(2004-11-19) (74 yaşında)
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Elmi rəhbəri prof. B.A. Rozenfeld

Abbasov Nazim Tanrıverdi oğlu 1930-cu il aprel ayının 1-də Azərbaycan SSR Ağstafa rayonunun Marksovka (indiki Xətai) kəndində anadan olmuşdur. Abbasov Nazim 1949-cu ildə S.M. Kirov adına 22 saylı Ağstafa dəmir yol orta məktəbini qızıl medalla bitirib. O, 1949-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1954–1957-ci illər ərzində S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin həndəsə ixtisası üzrə aspirantı olmuşdur.

Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabr ayının 19-da vəfat etmişdir.


Elmi fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Abbasov Nazim 1959-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında professor B.A. Rozenfeldin elmi rəhbərliyi altında "Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Nazim Abbasovun rəsmi opponentləri f-r.e.d., prof. N.Y. Vilenkin və f-r.e.n., dos. B.M. Yusifzadə olmuşdular.

Abbasov Nazim 1964-cü ildə "Həndəsə və cəbr" kafedrası üzrə dosent, 1978-ci ildə isə "Həndəsə" kafedrası üzrə professor elmi adlarına layiq görülmüşdür.

Nazim Abbasov 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Həndəsə və cəbr" kafedrasında assistent, 1959–1964-cü illərdə baş müəllim, 1965–1978-ci illər ərzində dosent, 1972–2004-cü illərdə "Həndəsə" kafedrasının müdiri və, eyni zamanda, 1978–2004-cü illərdə həmin kafedranın professoru vəzifələrində çalışmışdır. Səhhəti ilə əlaqədar olaraq 2004-cü ildə "Həndəsə" kafedrasında professor-məsləhətçi vəzifəsinə keçirilmişdir.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

80-dən çox emi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə onlarla elmlər namizədi yetişmişdir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri"