Nazim Hüseynli

Nazim Hüseynli (30 aprel 1956, Gədəbəy) — Bakı Avrasiya Universitetinin rektoru (2006–2020).

Nazim Hüseynli
Hüseynli Nazim Ziyad oğlu
Doğum tarixi (67 yaş)
Doğum yeri Düz Rəsullu
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Elmi adı Professor

Həyatı[redaktə | mənbəni redaktə et]

30 aprel 1956-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur.[1]

1973-cü ildə Bakı şəhəri 70 saylı orta məktəbi bitirmiş, həmin ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir.

1976–1978-ci illərdə Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində və İrkuts vilayətinin Zima şəhərində Sovet ordusu sıralarınada hərbi xidmətdə olmuş.

1974-cü ildən əmək fəalliyyətinə başlamışdır. 1974-cü ildə 2 saylı Mebel fabrikində, 1974–1985-ci illərddə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985–1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında, 1989–1994-cü illərdə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında işləmişdir.

1992-ci ildə Ali Diplamatiya Kollecini (hal-hazırda Bakı Avrasiya Universiteti adlanır) təsis etmiş və bu günə qədər onun rektorudur.

1986-cı ildə SSRİ Elmlər Akademiyası Sovet Sosioloji Assosiasiyasının üzvü seçilmişdir.

Fəlsəfə elmləri doktoru, professor, Beynəlxalq Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

1989-cu ildən fəlsəfə elmləri namizədidir.

1994-cü ildən dosent

2005-ci ildən fəlsəfə elmləri doktoru

1992–2005-Ali Diplomatiya Kolleci

2005–2006-cı ildə Bakı Diplomatiya Universiteti

2006–2015-ci ildə Bakı Avrasiya Universitetinin rektoru olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]