Nazim Muğanlı

Nazim Muğanlı (tam adı: Bağırov Nazim Zahid oğlu) — təftişçi.

Nazim Muğanlı
Nazim Zahid oğlu Bağırov
Şəkil yoxdur-kişi.svg
Doğum tarixi (69 yaş)
Doğum yeri Muğanlı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Zahid
Anası Tomris
Milliyyəti azərbaycanlı
Fəaliyyəti təftişçi

Həyatı[redaktə | mənbəni redaktə et]

Nazim Muğanlı 1953-cü il martın 2-sində Ağdam rayonunun Muğanlı kəndində, ziyalı ailəsində dünyaya gəlmişdir. Orta təhsilini Ağdam rayonunda almışdır. 1970-1975-ci illərdə Azərbaycan Kənd Təsərüffatı İnstitutunun İqtisadiyyat fakültəsinin Mühasibat Uçotu şöbəsini bitirmişdir. Eyni zamanda İnstitutda olan İctimai Peşə fakültəsinin 4 illik ictimaiyyətçi jurnalist şöbəsini bitirmişdir. 1975-ci ildə Ağcabədi rayonu Çapayev adına kolxozda mühasib köməkçisi vəzifəsində işləmişdir. 25 fevral 1976-cı ildən 30 aprel 1996-cı ilədək Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi və "Azərkinovideo İstehsalat Birliyi"ndə təftişçi, baş təftişçi, baş mühasib və təftiş şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 30 dekabr 1996-cı ildən hal-hazıradək Azərbaycan Respublikasının Auditorlar Palatasında (baş mühasib, təftişçi mühasib) işləyir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir oğlu və bir qızı var.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

  • Əgər haqqım olsa (şeirlər). Bakı: Gənclik, 1996
  • Özgə yer Vətən sayılmaz (şeirlər). Bakı: Ulu, 2001
  • Yurdum mənim Dərdim mənim