Nazim Şamil oğlu Poluxov (22 mart 1960, Sadaxlı, Marneuli rayonu) — Azərbaycan inşaatçısı, texnika üzrə fəlsəfə doktoru (2006).
Nazim Poluxov | |
---|---|
Nazim Şamil oğlu Poluxov | |
Doğum tarixi | |
Doğum yeri | Sadaxlı, Borçalı, Gürcüstan |
Fəaliyyəti | mühəndis |
Nazim Poluxov 1960-cı il martın 22-də Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. 1977-ci ildə kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsini bitirmişdir. 1982–1994-cü illərdə "Bakıdövlətlayihə" İnstitutda müxtəlif mühəndis vəzifələrində işləmişdir.
1994-cü ildən başlayaraq müxtəlif özəl şirkətlərdə mühəndis vəzifələrində işləmişdir. Azərbaycanda tikilən yüzlərlə yüksəkmərtəbəli yaşayış binalarının və ictimai təyinatlı binaların konstruktiv layihələrinin müəllifidir. Bakı şəhərində C. Cabbarlı küçəsində ilk dəfə ən dərin — 5 mərtəbəli yeraltı avtomobil dayanacağı olan 18 mərtəbəli inzibati binanın konstruktiv layihəsinin müəllifidir.
2006-cı ildə "Dəmir-beton yatıq qabıqların kontur konstruksiyaların sərtliyindən asılı olaraq zəlzələyə davamlılığının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib texnika elmləri namizədi alimlik dərəcəsi alımışdır[1]. Onlarla elmi məqalələrin müəllifidir.
2008-ci ildən "Bakı Dövlət Layihə Institutu"nun baş konstruktorudur[2].