Nazim Qarayev (Qarayev Nazim Əliheydər oğlu; 6 mart 1927[2], Bakı) — fizika‑riyaziyyat elmləri doktoru, professor. "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsinin baş elmi işçisi.
Nazim Qarayev | |
---|---|
Qarayev Nazim Əliheydər oğlu | |
| |
Doğum tarixi | 6 mart 1927[2] (97 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Atası | Əliheydər Qarayev |
Elm sahələri | Tədqiqat və inkişaf[1][1], Geofizika[1] |
Elmi dərəcəsi | fizika‑riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsi |
Mükafatları |
|
Qarayev Nazim Əliheydər oğlu 1927-ci il martın 6-da Bakıda anadan olub. Moskva Geoloji Kəşfiyyat İnstitutunu bitirib. 1950-1955-ci illərdə Leninqradda "Geofizuqlerazvedka" trestinin texniki rəhbəri, sonra isə seysmik və kompleks partiyanın baş mühəndisi vəzifəsində işləyib. 1955-ci ildən N.Qarayev Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun (ÜİETGİ) Leninqrad filialında nöqtəvi seysmik zondlama metodu ilə regional tədqiqatlar geofiziki partiyasının texniki rəhbəri, sonra isə seysmik laboratoriyanın rəhbəri olub, 1961-ci ildə bu laboratoriya Ümumittifaq Geoloji Kəşfiyyat İnstitutuna (ÜİGKİ) köçürülüb. 1956-1959-cu illərdə N.Qarayev öz müəllimləri – görkəmli alimlər İ.S.Berzon və İ.P.Kosminskayanın təkidi ilə Leninqrad Dağ-Mədən İnstitutunun aspiranturasında təhsilini davam etdirib.[3]