Nazim Sadıxov — UFC-də çıxış edən Azərbaycan əsilli ABŞ qarışıq döyüş sənəti iştirakçısıdır.
Nazim Sadıxov | |
---|---|
ing. Nazim Sadykhov | |
Şəxsi məlumatlar | |
Doğum adı | azərb. Nazim Sadıxov |
Vətəndaşlığı |
Azərbaycan ABŞ |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Boyu | 178 m |
Çəkisi | 79 kq |
Ağırlıq dərəcəsi | yüngül çəki |
Komandası | Longo and Weidmann MMA |
Nazim Sadıxov 6 yaşı olanda ailəsi ilə birlikdə Azərbaycanın paytaxtı Bakıdan Bruklin, Nyu-Yorka köçdü. Uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olmağa başladı.[1]
16 avqust 2022-ci ildə, Sadıxov əfqan əsilli MMA döyüşçüsü Əhməd Həsənzadə ilə Dana White's Contender Series - Contender Series 2022 yarışmasında yüngül çəkidə qarşılaşdı və UFC prezidentinin qarşısında kifayət qədər təsirli qalibiyyəti sayəsində UFC ilə müqavilə bağladı.[2]
Nazim Sadıxov UFC-də ilk görüşünü 18 fevral 2023-cü ildə Evan Elder-ə qarşı keçirib və qalib gəlib.[3]
2023-cü il iyulun 16-da Terrensi Makkenniyə qarşı döyüşdə UFC-dəki ikinci qələbəsini qazanıb.[4]
Sadıxov karyerası boyu 9 görüşdə 9 qələbə və 1 məğlubiyyət yaşayıb.[5]