Nazir Kərimov

Nazir Qibləli oğlu Kərimov (21 dekabr 1928, Yusiflər, Zəngilan rayonu7 iyun 2011, Bakı) — Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi.

Nazir Kərimov
Nazir Qibləli oğlu Kərimov
bayraq
Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1928(1928-12-21)
Doğum yeri
Vəfat tarixi 7 iyun 2011(2011-06-07) (82 yaşında)
Vəfat yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

21 dekabr 1928-ci ildə Zəngilan rayonunun Yusiflər kəndində anadan olmuşdur.[1]

1952-1956-cı illərdə Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi, Zəngilan Rayon Partiya Komitəsində təlimatcı ,təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1956-1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin müdavımı olmuşdur.

1960-1979-cu illərdə Zəngilan Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin sədri və 11 ildən çox Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

O, səkkizinci və doqquzuncu çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

Etimadların davamı olaraq N.Kərimov 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə "Qırmızı əmək Bayrağı", 1976- cı ildə ikinci "Qırmızı əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir.

7 iyun 2011-ci ildə Bakı şəhərində vəfat etmışdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 424-425. ISBN 978-9952-8032-5-9.
  2. "Arxivlənmiş surət". 2016-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.