Nazpəri Dostəliyeva

Nazpəri Əhmədəli qızı Dostəliyeva[2] (23 dekabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008).[3]

Nazpəri Dostəliyeva
Ümumi məlumatlar
Doğum tarixi (63 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Elmi dərəcəsi
Boyu 1.70 sm[1]
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002

Həyatı[redaktə | mənbəni redaktə et]

Nəzpəri Dostəliyeva[4] 1959-cu il dekabrın 23-də Bakıda doğulub.[5]

2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub.

1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb.

Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert etmişdir. Kiprdə çıxışlar edib.

1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir.

2001-ci ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Nordkap adasında keçirilən festivalda 1-ci yerə layiq görülmüşdür.

Ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var[6].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Qağayı (film, 2012)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
  2. "- Nazpəri Dostəliyeva: "Sevgilim deyə müraciət edirik bir-birimizə" - VİDEO". 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-28.
  3. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il tarixli, 3045 nömrəli Sərəncamı[ölü keçid]  (az.)
  4. "Arxivlənmiş surət". 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-28.
  5. Dostəliyeva Nazpəri Əhmədəli qızı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. səh. 249–250. ISBN 978-9952-441-12-3.
  6. "Şou-biznesimizin boşanmış tanınmışları". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
  1. http://news.day.az/radioarchive/322298.html
  2. http://milli.az/news/radio/103806.html[ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]