Neştəryarpaqlı kunninqamiya

<td_align="right"_width="40%">Cins:<td_align="left">Qara_şam&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Qara%20şam}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Qara şam]])[1]
???:
Neştəryarpaqlı kunninqamiya

Bu cinsə daxil olan növlərin sırasında neştəryarpaq kunninqamiya daha geniş yayılmısdır. Vətəni Cənubi və Mərkəzi Çindir. Hündürlüyü 30 m-ə çatan iri gövdəli, dekorativ ağacdır. Gövdəsi düz olub, çətiri ensiz-piramidal formalıdır. Budaqları topa-topa düzülmüşdür. İynəyarpaqları ensiz neştərvarıdır, ucuna getdikcə daha da itiləşir, 2-7 sm-ə qədər uzunluqda olur, olduqca bərk, yaşıl və parlaqdır, budaq üzərində aşağıya doğru meyl edir. Erkəkcikləri üç tozcuqdan ibarət olur. Erkək qozaları uzunsov-silindrik, enli, ucu bizdir, biruclu tumurcuqdan bir neçə erkək qozaları inkişaf edir. Qozaların uzunluğu 2-4, yumurtavarı, qulcuqları nazik qabıqlı, üçbucaqlı və yuxarı hissədən iti olur. Dişi qozaları yumru, qaidəsi qısa yarpaqlarla əhatə olunmuşdur. Yumurtavarı toxumları hər tərəfdən nazik qanadla əhatə olunur. Toxumla, mədəni şəraitdə qələmlərlə çoxaldılır. Toxum pulcuqları örtük pulcuqlarla birlikdə inkisaf edir və uc hissəsi sivriləşmişdir.

Neştəryarpaqlı kunninqamiya
Cunninghamia.jpg
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Qara şam
Cins:Qara şam
Cins:Qara şam
Cins:Qara şam
Cins:Qara şam
Beynəlxalq elmi adı

Azərbaycanın Lənkəran, Astara bölgəsində yaxşı inkişaf edir, dekorativ məqsədlə istifadə olunur, xüsusilə tək-tək əkildikdə çox yaraşıqlı görünür.

Oduncağı yüngül, yumşaq, ətirlidir və inşaat materilaı kimi istifadə edilir. Ondan kağız hazırlanır və efir yağı alınır. Çinlilər kunninqamiyanı “həyat ağacı” adlandırırlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Деревья и кустарники СССР. т.3.1954;
  • Флора Азербайджана. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan dendraflorasi. I cild. Bakı: Elm, 2011, 312 səh.
  1. Cins:Qara şam
  2. http://www.theplantlist.org/tpl1.1/record/kew-2747422.