Neftçala Tarix-Diyarşünaslıq Muzeyi

Neftçala Tarix-Diyarşünaslıq Muzeyi — 1980 ci ildən fəaliyyət göstərir. Muzey 3 şöbədən ibarətdir. Muzeyin ümumi sahəsi 800 m²-dir.

Neftçala Tarix-Diyarşünaslıq Мuzeyi
Əsası qoyulub 1980
Mövzu Tarix
Yerləşir Neftçala şəhər, H.Əliyev pr 26
Kolleksiyası 12487 eksponat əsas fond
Direktor Gülmirə Səfərova
Telefon (+994 21) 263-13-56, Facebook Neftçala Tarix-Diyarşünaslıq Muzeyi

Mzeyin eksponatları

[redaktə | mənbəni redaktə et]

Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin ümumi fondunda 17075 ədəd eksponat var. Əksər eksponatların tarixi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bunlardan 12487 ədədi əsas, 4588 ədədi elmi köməkçi fonda aiddir. Muzeyin 560 kv m-ni ekspozisiya zalları təşkil edir. Muzey rayonun təbiətini, qədim dövrdən müasir dövrə qədərki tarixini əks etdirir. Muzeyin ekspozisiyası 11 zalda nümayiş etdirilir:[1]

  • I zal rayonun təbiətini;
  • II zal Azərbaycan və Neftçalanın qədim dövr tarixini;
  • III zal Azərbaycanın və rayonun erkən orta əsrlər dövr tarixini;
  • IV zal Azərbaycanın və rayonun orta əsrlər tarixini;
  • V zal Azərbaycanın və rayonun son orta əsrlər tarixini;
  • VI zal Azərbaycan tarixinin 1918–20-ci illər tarixini- AXC dövrünü;
  • VII zal Azərbaycanın və Neftçalanın XX əsrin 30–40-cı illərini;
  • VIII zal Böyük Vətən müharibəsi dövrünü;
  • IX, X, XI zallar isə Azərbaycan və Neftçalanın müasir dövrünü əks etdirir.

Muzeydə rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar və başqa eksponatlar nümayiş etdirilir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Neftçala Tarix-Diyarşünaslıq muzeyi". https://heydaraliyev-centers.az. İstifadə tarixi: 23.11.2020.
  1. "Azərbaycan muzeyləri". https://museum.az. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2020.
  2. "Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyi". http://www.findglocal.com. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.11.2020.