Neft və Qaz İnstitutu (Azərbaycan)

Neft və Qaz İnstitutuAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu
Əsası qoyulub 2016
Direktor Fəxrəddin Qədirov
Şəhər Bakı
Ölkə  Azərbaycan
Ünvan AZ1000, Bakı şəh., F.Əmirov küç., 9
Sayt ogi.az


1951-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Neft Ekspedisiyası təsis edildi.

1960-cı ildə Neft Ekspedisiyasının bazasında Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu yaradıldı.

1965-ci ildə Neft və Qaz Yataqlarının İşlənməsi İnstitutu Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu adlandırıldı.

2003-cü ildə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun fəaliyyəti dayandırıldı və Geologiya İnstitutu ilə birləşdirildi.

2015-ci il 17 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun bazasında Neft və Qaz İnstitutu yaradıldı.

Əsas fəaliyyət istiqamətlər

[redaktə | mənbəni redaktə et]
  • Böyük dərinliklərin karbohidrogen sistemlərinin tədqiqi;
  • Qeyri-ənənəvi karbohidrogenlərin (şist karbohidrogenlərin, qaz hidratların, yanar şistlərin) nəzəri və eksperimental tədqiqi;
  • Neft və qaz yataqlarının işlənməsi sahəsində fundamental tədqiqatların aparılması;
  • “Intellektual yataq” konsepsiyasının nəzəri əsasları;
  • Neft-qaz sahəsinin iqtisadiyyatı və proqnozlaşdırılması;
  • Sənayenin inkişafı ilə bağlı geoekoloji problemlər və onların iqlim dəyişməsinə təsiri.

Əsas elmi nailiyyətlər

[redaktə | mənbəni redaktə et]
  • AMEA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutu neft və qaz yataqlarının işlənməsinin nəzəriyyəsi və təcrübəsinə mühüm töhfə vermişdir.
  • İnstitutda bir sıra yeni elmi istiqamətlərin əsasları qoyulmuş və inkişaf etdirilmişdir:
  • Mürəkkəb karbohidrogen tərkibə malik (qazkondensat, kondensatneft) yataqların işlənməsinin elmi əsasları;
  • Neft geologiyasında riyazi modelləşdirmə üsulları;
  • Karbohidrogen yataqlarının geoloji modelləşdirilməsi və təbii neft və qaz rezervuarlarının xüsusiyyətlərinin proqnozlaşdırılması;
  • Neft-qaz ehtiyatlarının mənimsənilmə prosesinin optimallaşdırılması məqsədi ilə iqtisadi-riyazi modellərin işlənməsi;
  • Litosferin inkişafının qeyri-klassik nəzəri geomexaniki modelinin yaradılması;
  • Çoxkomponentli qeyri-klassik üçölçülü seysmik kəşfiyyatın nəzəri əsasları və s.

Akademik Fəxrəddin Qədirov Əbülfət oğlu

Baş direktorun elmi məsləhətçisi

[redaktə | mənbəni redaktə et]

Professor Vaqif Kərimov Yunus oğlu

İcraçı direktor

[redaktə | mənbəni redaktə et]

Professor Vaqif Qurbanov Şıxı oğlu

Baş mühəndis

[redaktə | mənbəni redaktə et]

Ehtibar Əliyev İbrahim oğlu

Şəlalə Hüseynova Məhərrəm qızı

Struktur bölmələr

[redaktə | mənbəni redaktə et]

Elmi bölmələr

[redaktə | mənbəni redaktə et]
  • Neft-qaz geofizikası şöbəsi*

Struktur bölmənin rəhbəri - g.-m.e.d. Yusubov Namaz Puti oğlu

  • Neftli-qazlı komplekslərin litologiyası şöbəsi

Struktur bölmənin rəhbəri - g.-m.e.d., prof. Qurbanov Vaqif Şıxı oğlu

  • Neftli-qazlı hövzələrin analizi şöbəsi

Struktur bölmənin rəhbəri - f.- r.e.d. Həsənov Ədalət Bədəl oğlu

  • Lay sistemlərinin hidroqazdinamikası şöbəsi

Struktur bölmənin rəhbəri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Calalov Qərib İsaq oğlu

  • Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsi

Struktur bölmənin rəhbəri - AMEA-nın müxbir üzvü, t.e.d., professor Əfəndiyev Qalib Məmməd oğlu

  • Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsi

Struktur bölmənin rəhbəri - t.e.f.d. Kazımov Bünyad Zinhar oğlu

  • Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsi

Struktur bölmənin rəhbəri - Kərimov Fəxrəddin Nəcməddin oğlu

  • Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsi

Struktur bölmənin rəhbəri - t.e.d. Rəsulov Mahir Əbdüləli oğlu

Elmi təşkilati bölmələr

[redaktə | mənbəni redaktə et]
  • Təhsil şöbəsi

Struktur bölmənin rəhbəri - Hüseynov Arif Rəfail oğlu

  • İctimaiyyətlə əlaqələr şöbəsi

Struktur bölmənin rəhbəri - Abbasova Könül Oqtay qızı

  • Beynəlxalq əlaqələr şöbəsi

Struktur bölmənin rəhbəri - Hüseynova Aytən Bəxtiyar qızı

  • Geologiya
  • Geologiya mühəndisliyi
  • Neft-Qaz mühəndisliyi
  • Geofizika mühəndisliyi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]