Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Nelya Nikolayevna Novotorjina (2 aprel 1947) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun "Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları" laboratoriyasında aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent.
Nelya Novotorjina 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin axşam şöbəsinin 3-cü kursunda oxuduğu müddətdə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları" laboratoriyasına laborant vəzifəsinə işə götürülmüşdür. Sonra o, ardıcıl olaraq 1972-ci ildən mühəndis, 1978-ci ildən böyük mühəndis, 1986-cı ildən kiçik elmi işçi və 2003-cü ildən 2009-cu ilə qədər böyük elmi işçi, 2009-cu ildən indiyə qədər aparıcı elmi işçi vəzifəsində çalışır. 2005-ci ildə o, dosent elmi adını almışdır. N. Novotorjina 1988-ci ildə "Di-, tritiokarbonat və ditiofosfat turşularının metiləvəzli efirlərinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda dissertasiya işini müdafiə etmiş və 2314.01 – "Neft kimyası" üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə dosent elmi adına layiq görülmüşdür.
İnstitutda işlədiyi müddətdə N. Novotorjina tərkibində azot, kükürd, fosfor, bor olan üzvi birləşmələrin sintezi və tədqiqi ilə məşğul olmuşdur. Novotorjina N. N. yüksək keyfiyyətli məlum transmissiya TAD-17ИХП yagının və bu yağda istifadə olunan ИХП-14A və ИХП-14M aşqarlarının müəl-liflərindən biridir. O, həm də bu aşqarların alınma texnologiyası ilə çox sıx məşğul olmuşdur. Müxtəlif funksiyalı xarici aşqarlardan (Viscoplex 5–309, Mobilad G-252, Mobilad G-521, MX-4116) istifadə etməklə o, respubliukada çox işlənən TAп-15В və TCп-15к tipli transmissiya yağlarının analoqlarının yaradılmasında fəal iştirak etmişdir. Eyni zamanda TСзп-8 tipli qış və işçi konservasiya xassələrinə malik TM-5/12Pk transmissiya yağlarının əsas yaradıcılarından biri olmuşdur. Son illərdə alim nukleofil reagentlərin ksantogenatometilləşməsi üsulu ilə yeni üzvi birləşmələrin alınması və aşqar kimi tədqiqi, çoxatomlu xlorparafin xammalının kalium butilksantogenat və natrium dietilditiokarbamatla reaksiyalarının tədqiqi. α-xlorpropandiolun kalium alkilksantogenatlarla reaksiyalarının tədqiqi, propanol və propandiolun xlorlu və kükürdlü törəmələrinin sintezi və aşqar kimi tədqiqində iştirak etmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu ildə elan etdiyi qrant müsabiqəsinin qalibi olan "Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi və stasionar elektrik stansiyalarında istifadə edilən gəmi qazturbin yağının yaradılması" adlı (EİF-2010–1(1)-40/35-M-4) layihənin icraçılarından biri olmuşdur.
Nelya Novotorjina 102 elmi əsərin, o cümlədən 27 müəlliflik şəhadətnaməsi, 31 Az. patenti, 1 Rusiya Federasiyası patenti, 15 məqalənin müəllifidir. Məqalələrdən 3-ü beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.
S-Циннамиловые эфиры тиоугольных кислот в качестве присадок к смазочным маслам. // Журнал прикладной химии, 2008 г., том 81, вып.9, стр.1442–1448. // Мустафаев Н. П., Кулиева М. А., Рамазанова Ю. Б., Мустафаев К. Н. ilə birgə.
Реакционноспособность аллилариловых эфиров диеновой конденсации с гексахлорциклопентадиеном. // Журнал общей химии, 2012 г., т.82, вып.12, стр. 2024–2027. // Мусаева Б. И., Гахраманова Г. А., Исмаилов И. П. ilə birgə.
Синтез ацилоксиалкиловых эфиров тиоугольных и дитиокарбаминовых кислот. // Журнал органической химии, 2013, Том 49, № 2, стр.210–214. // Mustafayev N. P., Quliyeva M. Ə., Mustafayev K. N., Qulubəyova T. N., Qəhrəmanova Q. A., Səfərova M. R. ilə birgə.
Исследование противоизносных свойств эфиров дитиофосфорной, ксантогеновой и тритиоугольной кислот. // Нефтепереработка и нефтехимия, 2015, № 7, стр. 38–39. // Мусаева Б. И., Кахраманова Г. А., Сафарова М. Р., Кулибекова Т. Н., Мустафаева Е. С. ilə birgə.
Присадки к смазочным маслам на основе производных тиоугольных кислот. // Нефтепереработка и нефтехимия, 2015, № 4, стр. 45–48. // Мусаева Б. И., Мустафаев К. Н., Гахраманова Г. А., Рамазанова Ю. Б., Кулибекова Т. Н., Мустафаева Е. С. ilə birgə.
Бутоксиметиловый эфир бензилтритиокарбонаты в качестве противозадирной присадки к смазочным маслам. // А.с. № 1268573 (СССР). Б. И. 1986, № 41. // Кулиев А. М., Кулиева М. А., Мустафаев Н. П., Ибрагимов Н. Ю. ilə birgə.
Оксидиметиленбис (тритиокарбонаты) в качестве противозадирных присадок к смазочным маслам. // А.с. № 1351924 (СССР). Б. И. 1987, № 42. // Мустафаев Н. П. ilə birgə.
S-Циннамилбутилтритиокарбонат в качестве противозадирной присадки к смазочным маслам. // А.с. № 4294870 (СССР) 1989. // Кулиев А. М., Рамазанова Ю. Б., Кулиева М. А. ilə birgə.
Окси(диэтиленбис)бензилтритиокарбонат в качестве противозадирной присадки к смазочным маслам. // А.с. № 1578127 (СССР), 1990 г. // Мусаева Б. И., Кулиева М. А., Фарзалиева С. М. ilə birgə.
Бензоилоксиметиловый эфир бутилтритиоугольной кислоты в качестве противозадирной присадки к смазочным маслам. // А.с. № 1759836 (СССР), Б. И. 1992 г., № 33. // Мустафаев Н. П., Кулиева М. А., Кулибекова Т. Н. ilə birgə.
Gəmi qazturbin yağı // Azərbaycan patenti i 2004 0056. // Mustafayev N. P., Fərzəliyev V. M., Bayramov B. V., Novotorjina N. N., İsmayılov İ. P. ilə birgə.
Ağır yüklənmiş mexanizmlərin hidrosistemləri üçün yağ. // Azərbaycan patenti i 2006 0083. // Mustafayev N. P., Quliyeva M. Ə., Novotorjina N. N., Səfərova M. R., İsmayılov İ. P. ilə birgə.
Metalkəsmə dəzgahlarının sirkulyasiya sistemləri üçün yağ. // Azərbaycan patenti i 2008 0056. // Mustafayev N. P., Quliyeva M. Ə., Səfərova M. R., Novotorjina N. N. ilə birgə.
İzopropilksantogen turşusunun 2-(akriloiloksi)etil efiri sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi. // Azərbaycan patenti i 2011 0023. // Mustafayev N. P., Quliyeva M. Ə., Qəhrəmanova Q. A., Mustafayev K. N., Səfərova M. R., Ramazanova Y. B. ilə birgə.
Universal transmissiya yağı. // Azərbaycan patenti i2015 0052. // Mustafayev N. P., Musayeva B. İ., İsmayılov İ. P., Zülfüqarov E. Ə. ilə birgə.
Benziliden-bis-alkilksantogenatlar sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi. // Azərbaycan patenti i 2016 0096. // Mustafayev N. P., Mustafayev K. N., Musayeva B. İ., Qəhrəmanova Q. A., İsmayılov İ. P. ilə birgə.
Nelya Novotorjina bir sıra Beynəlxalq konfranslarda (Ufa, Riqa, Aşqabad, Minsk, Sankt-Peterburq şəhərlərində) elmi məruzələrlə çıxış etmişdir.
Международный симпозиум по проблемам экологии в нефтепереработке и нефтехимии. Казань, 1995 г., стр. 265. // Эфиры тритиогольных кислот в качестве противозадирной присадок к смазочным маслам. // Мустафаев Н. П., Кулиева М. А., Кулибекова Т. Н., Гасымова Г. А. ilə birgə.
Cеминар по проблемам получения новых активных добавок и присадок к топливам и маслам", Уфа-Баку, 1999 г., стр. 30–31. // Влияние строения органилтритиокарбонатов на их смазывающую эффективность. // Мустафаев Н. П., Кулиева М. А., Мусаева Б. И., Рамазанова Ю. Б., Кулибекова Т. Н., Гасымова Г. А. ilə birgə.
IV Международной научно-технической конференции "альтернативные источники сырья и топлива" (АИСТ-2013), Минск, 28–30 мая 2013 г., стр. 48. // Противоизносная и противозадирная присадка к трансмиссионным маслам. // Фарзалиев В. М., Сафарова М. Р., Новоторжина Н. Н., Зульфугаров Э. А., Исмаилов И. П. ilə birgə.
V Международной научно-технической конференции "Альтернативные источники сырья и топлива", г. Минск, 26–28 мая 2015 г. ("АИСТ-2015"), стр. 40. // Производные ксантогеновой кислоты в качестве противозадирных и противоизносных присадок к трансмиссионным маслам. // Мустафаев К. Н., Новоторжина Н. Н., Кахраманова Г. А., Мустафаева Е. С., Алиева М. Н. ilə birgə.