Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer[1]
Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir.[1]
Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir.[1]
Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir.[2] Ona yaxın quru əraziləri bunlardır:[1]
Bölgənin məhv edilən kosmik qurğular üçün ən uyğun yer olduğu düşünülməkdədir. Bu səbəb ilə NASA-nın "Kosmik məzarlığı" kimi nəzərdə tutulmuşdur. Lakin, bura kiçik ölçülü peyklər üçün ideal yer deyildir. Belə ki, qəzaya uğrayan hər hansı bir peyk, Yerə düşməyə başlayanda, hələ minlərlə kilometr yüksəklikdə atmosferə daxil olduğu zaman hava sürtünməsi səbəbindən yanmaya başlayır ki, bu da yerə çatmasına qədər kiçik ölçülü peyklərin tam məhv olması ilə nəticələnir.[3]
Nemo nöqtəsinə ən yaxın insanlar Beynəlxalq Kosmik Stansiyada yaşayan astronavtlar hesab edilir. Belə ki, onlar Yer kürəsindəki milyardlarla insandan Nemo nöqtəsinə daha yaxındırlar. Çünki BKS Yerdən təxminən 360 kilometrlik məsafədə olan sabit orbitdə yerləşir. BKS bu nöqtə üzərindən keçdiyi zaman qalan bütün insanlarla müqayisədə astronavtlar Nemo nöqtəsinə ən yaxın məsafədə olurlar.[3]