Nemonun axtarışında (ing. Finding Nemo) — "Pixar" animasiya studiyası tərəfindən hazırlanan və rejissoru Endryu Stenton olan 2003-cü ildə çəkilmiş ABŞ filmidir. Animasiya filminin kompüter qrafikası Andrey Staton və Li Ankriçə məxsusdur. Animasiya filmi elə ekrana çıxdığı ilk günlərdən çoxlu tamaşaçı topladı və ümumilikdə $936 milyon qazanaraq həmin vaxtın ən çox satılan DVD-si oldu. Bu animasiya filmi 2003-cü ilin "Ən yaxşı animasiya filmi" üçün oskar aldı.[2]
Nemonun axtarışında | |
---|---|
ing. Finding Nemo | |
Janr | anime elementləri ilə animasiya |
Növü |
Macəra Komediya |
Rejissor | Endryu Stenton |
Prodüser | Qrehem Uelters |
Ssenari müəllifi |
Endryu Stenton Bob Piterson David Reynolds |
Rolları səsləndirənlər |
Aleksandr Qould Albert Bruks Ellen Deceneres |
Bəstəkar | Tomas Nyuman |
Montaj | Devid Yan Salter |
Dil | İngilis dili |
Ölkə | ABŞ |
Studiya |
Walt Disney Pictures Pixar Animation Studios |
Distribüsiya | Walt Disney Studios Motion Pictures |
Davametmə müddəti | 100 dəqiqə |
İl | 2003 |
Büdcə | $94 milyon[1] |
Gəlir | $936,743,261[1] |
ID 0266543 |
Merlin klon balığı idi və oğlu Nemo il birlikdə Böyük Sədd Rifində yaşayırdı. Nemonun anasını 400 yumurtaya görə Akula yemişdi. Bu vaxt Nemonun yumurtasıda zədələndiyinə görə onun bir üzgəci normadan kiçik idi. Nemonun məktəbə getdiyi birinci gündə Nemo və bir neçə balıq müəllimdən uzaqlaşdılar və bu vaxt bir qayıq gördülər. Heç bir balıq qayığa toxunmağa cürət etmədi. Nemonun atası bunu gördü. Nemo atasına qorxaq olmadığını göstərmək üçün qayığa toxunanda dalğıclar onu tutur. Marlin Nemonu xilas etməyə çalışır, lakin başqa dalğıc fotoparatının parıltısı ilə onu gözünü qamaşdırır. Marlin ayılanda görür ki, qayıq buranı tərk edib. Marlin Nemonu axtaran vaxt qayığın hara getdiyini görən Dori adlı qısamüddətli yaddaşı olan Kral balığı ilə rastlaşır və onlar Nemonu birlikdə axtarırlar. Bu vaxt onlar üç vegetarian köpək bakığı ilə rastlaşır. Onlar bu vaxt üzərində yazı olan dalğıcın maskasını tapırlar. Onlar dənizin dərinliyində vəhşi balıqla dalaşan vaxt Dori maskanın üzərindəki yazını oxuyur. Onlar bilirlər ki, Nemo "Sidney, Peşerman küçəsi, Valamir şosesi 42" ünvanındadır. Dori və Merlin digər balıqların köməyi ilə Sidneyə gedən yolu tapırlar. Onlar sualtı dağın üstündə meduzalarla, sonra isə 150 yaşlı və hələdə sağlam və güclü olan Kraş adlı və digər tısbağalarla rastlaşırlar. Tısbağalar onlara Şərqi Avstraliya Cəryanı ilə getməkdə gömək edir. Marlin başına gələnləri tısbağalara danışır. Eyni zamanda diş həkimi Sidney limanında Nemonu akvariuma salır. O akvariumdakı digər balıqlarla tanış olur. Balıqlar ona deyir ki, diş həkimi Nemonu Bacısı qızı Darlaya hədiyə verəcək. Darla ona verilən balıqları öldürdüyü üçün Nemo onun yanına getmək istəmir. Digər balıqlar onu xilas etmək üçün filtiri sıxmağı ikinci cəhdində bacarır. Akvariumdakı balıqların dostu olan Nayceli adlı quş Merlinin etdiklərini onlara dedi. Balıqlar səhər duranda yeni texnologiya olan filtiri və akvariumun təmiz olduğunu gördülər. Marlin və Dori cəryandan çıxdıqdan sonar səfliklə balinanın ağzına düşdülər. Marlin kədərlənir.
Dori balina dilində balinaya deyir ki, onlari Sidneyə aparsın və azad etsin. Marlinsə buna hirslənir və deyir sən balina dilində danışa bilmirsən. Balina onları Sidneyə aparır və onları suya buraxır. Onlar sahilə çatana yaxın Neycel onları görüb tanıyır və diş həkiminin yanına aparır. Bu vaxt diş həkimi Nemonu kloka qoyur və Darlaya verməyə hazırlaşır. Nemo diş həkiminin onu ayaqyoluna atması üçün özünü ölülüyə vurur. Elə bu vaxt Neycel gəlir və Marlin Nemonu görəndə elə bilir ki, Nemo həqiqətən ölüb Neycel onları suya qoyub gedir. Marlin evə qaydır və Dori yaddaşını itirir. Nemo başqa yolnan kanalizasiyaya düşür. O Dorini görür və onunla birlikdə atasını axtarır. Dori əvvəlcə heç nə başa düşmür sonar Sidney sözünü oxuyanda hər şeyi xatırlayır Merlininyanına gedirlər. Nemo atasının yanına gedir və tor onların yanındakı balıqları tutur. Nemo bütün balıqlara deyir ki, aşa üzsünlər bunu akvariumda öyrənmişdi. Balıqlar və onlar xilas olurlar və Dori ilə birlikdə evə gedirlər. Animasiya filminin sonunda qısa səhnədə akvariumdakı balıqlar yeni filtiridə xarab edir və diş həkiminin qoyduğu klokda çöləoradanda okeana gedirlər, amma onlar başa düşürlər ki, onlar hələdə diş həkiminin onlar üçün qoyduğu su ilə dolu klokun məhdudiyyətindədirlər.
Ad | Rol | Qeydlər |
---|---|---|
Albert Bruks | Marlin | klonbalığı |
Elizabet Perkins | Coral | klonbalığı |
Aleksandr Qould | Nemo | klonbalığı |
Ellen Deceneres | Dori | kral balıq |
Uillem Defo | Cill | |
Bred Qarret | Bloat | |
Ellison Cenni | Peach | |
Ostin Pendleton | Gurgule | |
Stiven Rot | Bubbles | |
Vicki Lüis | Deb | |
Co Ranft | Ceki | |
Ceffri Raş | Naycel | |
Barri Hemfir | Brüs | |
Erik Bana | Ankor | |
Brüs Spence | Chum | |
Endryu Stenton | Kraş | |
Bob Piterson | Cənab Rey | |
Cordi Ranft | Ted | |
Erika Bek | Pörl | |
Sallivan Per Erik | Şeldon | |
Con Ratzenberger | Mun balıq | məktəbin müəllimi |
Bill Henter | Həkim Filip Şerman | Diş həkimi |
Lulu Ebelinq | Darla Şerman | ləqəbi: Balıq qatili |
Rove MakManus | Krab |