Nensi Storas

Anna Selina Storas (ing. Nancy Storace ; it. Anna Selina Storace; 27.10.1765, Böyük Britaniya, London) — italyan əsilli İngiltərə opera müğənnisi, soprano ifaçı.

Nensi Storas
ing. Nancy Storace
it. Anna Selina Storace
Ümumi məlumatlar
Doğum adı Anna Selina Storas
Doğum tarixi
Doğum yeri London, Böyük Britaniya Birləşmiş Krallıq
Vəfat tarixi (51 yaşında)
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Milliyyəti İtalyan
Musiqiçi məlumatları
Fəaliyyəti Opera müğənnisi
Fəaliyyət illəri 1778- ci ildən
Janr opera
Səs tembri soprano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nensi Storas Londonda işləyən italyan musiqiçisinin ailəsində dünyaya gəlmişdir. Gənc yaşlarından oxumağı öyrənən Nensi Storas hələ 8 yaşında ikən konsert vermişdir. 1778- ci ildə İtaliyada, 1780- ci ildən isə Florensiya, Milan Venesiya opera səhnələrində çıxışlar etmişdir. 1783- cü ildə irland tenor Maykl Kelli və italyan bariton Fraçesko Benuççi ilə birlikdə Vena operasına dəvət alaraq 4 il avstriya opera səhnəsini bölüşür. Fiqaronun toyu operasında Süzan rolunun ilk ifaçısı olmuşdur.

1785- ci ildə hamiləliklə əlaqədar bir müddə səsini itirmiş olur. 1787 ci ildə Nensi Soras qardaşı Stivenlə birlikdə Londona dönür. 1797 —1801- ci illərdə Nensi sevgilisi tenor Con Brem ilə birlikdə Avropa turnesinə çıxır. Səfər zamanı hər ikisi Fransada həbs edilir, sonra isə Nabolenun qarşısında çıxış etmələri üçün Parisə gətirilir. Bundan sonra səyahətlərini Florensiya, Milan, Neapol və Venada davam etdirirlər. 1808- ci ildə Nensi Storas səhnə həyatını bitirmiş olur[1].

  1. David Conway, John Braham, from Meshorrer to Tenor, Jewish Historical Studies 41 (London, 2007), p. 60