Ness gölü bədheybəti

Nessi muzeyinin çölündə Nessinin maketinin düzəldilməsi

Ness Gölü bədheybəti (ing. Loch Ness Monster) və ya Nessi (ing. Nessie) — Şotlandiyanın Ness gölündə yaşadığı iddia edilən əfsanəvi heyvandır. Uzun adı Loch Ness Monster (Ness Gölü bədheybəti) sayılır. İlk dəfə 1933-cü ildə dünyada xəbər olsa da ,tarixi 6-cı əsrə gedib çıxır.[1] Onun mövcudluğunu iddia edənlər onu Plesiosauria cinsinə aid edirlər .Ancaq elm adamları Nessienin həqiqətən var olduğuna inanmır.

Müqəddəs Kolumba(6-cı əsr)

[redaktə | mənbəni redaktə et]

7-ci əsrdə Adomnan tərəfindən yazılmış "Müqəddəs Kolumbanın həyatı" əsərində bildirilir ki ,Ness çayında bir adam "su yırtıcısı" tərəfindən öldürülür .

1933-cü ildə Nessieni görənlər

[redaktə | mənbəni redaktə et]

22 iyul 1933-cü ildə George Spicer və onun arvadı yoldan keçən böyük bədənə sahib olan bir varlıq görürlər . 1933-cü ilin avqustunda gecə vaxtı Arthur Grant suiti və plesiosaurın hibridi olan və uzun boynu olan heyvan görür və o, iddia edir ki,Nessie də Arthuru gördükdən sonra gölə qayıdır .

Şəkillər və videolar

[redaktə | mənbəni redaktə et]

"Cərrahın şəkli" (1934)

[redaktə | mənbəni redaktə et]

1934-cu ilə aid olan bu şəkildə Nessienin başı ve boynu görwnwr. Şəklin belə adlandırılması onu çəkən Robert Kenneth Wilsonun öz adının istifadəsindən imtina etməsi olub. Bəzi alimlər bu şəklin saxta olduğunu, digərləri isə həqiqət olduğunu deyir. Hətta Alastair Boyd şəklin yalan olduğunu bildirsə də, bunun Nessienin də mövcud olmaması demək olmadığını bildirir. Şəkildə görünən varlığı fil və ya su quşları ilə müqayisə edirlər.

2007-ci ildə "Su atı" adlı film çəkilmişdir .

  1. "The Loch Ness Monster and the Surgeon's Photo". 2014-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun, 2014.

Qar adamı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]