Netcad ümumi məqsədli bir CAD (Kompüter Dəstəkli Dizayn) ve GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır. Güclü, sınanmış və beynəlxalq standartlarda tək milli CAD və GIS proqramdır. Netcad üzərində 30 a yaxın təməl tətbiq inkişaf etdirilmişdir. 2007 ili etibarı ilə təxminən 5000 İstifadəçi və 15000 Netcad lisansı və çalışmaqdadır. Məhsulu inkişaf etdirən ULUSAL firmasının 125 adamın üzərində çalışanı olub firmanın Ankara və İstanbulda ofisləri mövcuddur.
Netcad | |
---|---|
Əməliyyat sistemi | Windows 8 |
İnterfeysin dili | Türk dili, İngilis dili, Rus dili |
Sayt | netcad.com |
saytlarından firma və xidmətləri haqqında daha geniş məlumat alına bilər.
Xüsusi sektorun böyük əksəriyyəti, cəmiyyət təşkilat və quruluşlarının əlaqədar vahidlərinin böyük əksəriyyəti netcad istifadə etməkdədir. Netcad; Universitetlərimizin [1] Xəritə, İnşaat, Planlama, Geologiya mühəndisliyi hissələrində dərs olaraq oxudulmaqdadır.
NETCAD geniş yelpikdə peşəkar mühəndislik həlləri təqdim edən milli qaynaqlarla çıxarılmış bir CAD və GIS proqramıdır. Netcad 5.0 GIS; bütün Netcad modullarının üzərində işlə/çalışdığı təməl və ortaq funksiyalarının iştirak etdiyi, güclü sınanmış, beynəlxalq standartlarda tək CAD (Kompüter Dəstəkli Dizayn) və GIS (Coğrafi İnformasiya Sistemləri) proqramıdır.
MİLLİ CAD və GIS Həlləri MMM. Open Geospatial Consortium(OGC)[2] üzvüdür. Ayrıca NETCAD/WEBGIS WMS[3] və WFS[4] sertifikatlarına malikdir.
NETCAD, NetEnerji, Planet, NetSurf, Vectory, Net3D, NetTop, NetFly, NetCad.RS, NetWater, TESKAD, Pocket_NETCAD, NETCAD/GE
NETCAD, WEBGIS, NETCAD/Kiosk, MEBIS, Pocket_NETCAD
NETCAD, NetEnerji, NetPro, NetSurf_5.0, NetWater, FotoCAD, NetTop, FotoCAD/Yersel, Vectory, TESKAD, NETCAD/GE
NETCAD, BelNet, NetCap_5.0, NetKamu, NetMap, NetTop, PeyCAD, Planet, Terminal, Pocket_NETCAD, NETCAD/GE
Vehicle Tracking System – VTS, Mobile Personnel Tracking System, Online Map, Pocket_NETCAD
NETCAD zəngin mühəndislik və məlumat çıxarma həllərinin yanında, bu məlumatları analiz etmək, sorğulamaq, təsnif etmək və yeni məlumat növləri və xəritələr meydana gətirməyə istiqamətli inteqrə Coğrafi İnformasiya Sistemi həllərini də saxlamaqdadır. Coğrafi İnformasiya Sistemlərinin daha xüsusiləşmiş vəziyyətləri olaraq aşağıdakı kateqoriyalarda həllər mövcuddur:
Azərbaycan Memarlıq və İnşaat Universitetində NetcadKampus yeni tədris mərkəzinin açılışı olub. Mərkəz Memarlıq və İnşaat Universiteti, həmçinin Türkiyənin NETCAD şirkəti tərəfindən açılıb. NetcadKampus tədris mərkəzində bütün texniki avadanlıq, o cümlədən memarlıq və inşaatda istifadə edilən xüsusi proqramlar qurulan kompüterlər yerləşdirilib. Məqsəd Memarlıq və İnşaat Universitetinin müəllim-tələbə heyətinə bu sahə üzrə kompüter proqramlarının istifadəsi üzrə biliklərin effektiv yiyələnməsini təmin etməkdir. Mərkəzdə Türkiyənin aparıcı mütəxəssisləri mütəmadi xüsusi treninqlər keçəcək. Tədris mərkəzi nəzəri tədrislə yanaşı, NETCAD məhsulları ilə praktik tədris də verəcək. Burada təhsilini başa vuranlara sertifikat veriləcək. Netcadkampus tədris mərkəzinin açılışında universitetin rektoru Gülçöhrə Məmmədova bildirib ki, geodeziya fakültəsində yaradılan bu mərkəz tədrisin keyfiyyətinə də kömək edəcək. Şirkətin prezidenti Sərdar Ak da vurğulayıb ki , bu mərkəz gələcəkdə yüksək səviyyəli mütəxəssislərin bazasına çevriləcək. Belə ki, Türkiyənin ən önəmli informasiya texnologiyaları tədrisi mərkəzi olan Netcadkampus Azərbaycanda da yüksək səviyyəli mütəxəssislər yetişdirməyi planlaşdırır.[7]