Nevin Yanıt (16 fevral 1986[1], Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir.[3] 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur.
Nevin Yanıt | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 16 fevral 1986[1] (38 yaş) |
Doğum yeri | |
Boyu | 165[2] |
Çəkisi | 60 kq |
İdman növü | yüngül atletika |
Komandası | Fenerbahçe Athletics |
29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır.[4][5] Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı.[6]
Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır.[7] 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Yanıt 100 metrlik maneələrlə qaçış yarışında beşinci oldu.
2010-cu ildə Mersində inşa edilən 4500 oturacaq tutumu olan atletika məkanı 2011-ci ildə onun şərəfinə adlandırıldı.[8]