News Corporation (və ya News Corp) dünyanın ən böyük media qruplarından biri hesab olunur. Onun sahibi və sədri Rupert Merdokdur.
News Corporation | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | əyləncə sənayesi[d], kütləvi informasiya vasitələri |
Məhsulu | kabel televiziyası |
Təsis tarixi | 1980 |
Bağlanma tarixi | 28 iyun 2013 |
Struktur | |
İşçi sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
News Corporation Nyu York Fond Birjası və Avstraliya Fond Birjası vasitəsilə ictimai bir şirkətdir. Əvvəllər şirkətin baş ofisi Avstraliyanın Adelaida şəhərində yerləşirdi, lakin sonradan ABŞ-ın Delaver ştatına köçürülmüşdür.
News Corporation şirkətinin baş ofisi Nyu Yorkda Rokfeller Mərkəzinin binasında yerləşir. Şirkətin 2005-ci ildəki göstəricilərə əsasən illik gəliri 23,8 milyard ABŞ dolları təşkil etmişdir ki, bu gəlirlərin də təxminən 70%-i ABŞ-dan əldə edilmişdir.
Şirkət bütün dünyada kitab nəşriyyatlarına, qəzetlərə, jurnallara, səsyazma şirkətlərinə və radio stansiyalara, idman komandalarına və liqalara, kinostudiyalara, televiziya stansiyalarına, kabel və peyk yayımı distribyutorlarına, internet saytlarına və müxtəlif kiçik təşkilatlara sahibdir.
20th Century Fox, Fox televiziyaları ilə bərabər, Eurosport, Direct TV, Sky televiziyaları və eyni zamanda da 2006-cı ildən Türkiyədən satın alınmış olan TGRT kanalı da şirkətin mülkiyyətindədir.[1] Bundan əlavə, MySpace sosial şəbəkə xidmətini də 580 milyon dollara satın almışdır.