1916-cı ildə İranda doğulmuşdur. 1936-cı ildə Tehran Universitetinin Pedaqogika fakültəsinə daxil olmuşdur. Bu fakültəni uğurla bitirdikdən sonra Tehran Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1946-cı ildən Azərbaycan Dövlət Universitetində çalışmışdır. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1970-ci ildə professor elmi adı almışdır. İran filologiyası kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. Bu illər ərzində fars təmayüllü məktəblərin I-XI sinifləri, digər orta məktəblərin V-XI sinifləri üçün bir çox dərsliklər yazmışdır. Fars danışıq dili və Tehran dialektinə həsr olunmuş əsərləri Azərbaycan şərqşünas-lığında yüksək qiymətləndirilir. 1999-cu ildə Tehranda nəşr olunmuş 60 min sözü əhatə edən ikicildlik «Farsca-Azərbaycanca sözlük» əsəri İran dilçiliyi sahəsində əldə edilmiş nailiyyətlərdəndir. Ali məktəb tələbələri üçün I, II və III kurs «Fars dili» dərsliklərinin müəllifidir.
Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Rəhbərliyi ilə 4 elmlər namizədi, 1 elmlər doktoru hazırlanmışdır.
Fars dili : 9-11-ci siniflər üçün. ADU-nun şərqşünaslıq fakültəsinin II kurs tələbələri üçün dərslik. Bakı: Yazıçı, 1986. 287 s.
Fars dili : 9-11-ci siniflər üçün /müştərək - T. Rüstəmova [red.H. Mahmudov]. Bakı: Azərtədrisnəşr, 1965.
Fars dili : 9-10-cu siniflər üçün /müştərək - T. Rüstəmova ; [red. H. Mahmudov]. Bakı: Maarif, 1966.
Fars dili : Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin I kurs tələbələri üçün dərslik /[ red. H. Rüstəmov]. Bakı: Maarif, 1984.
Fars danışıq dili : ADU-nun şərqşünaslıq fakultəsinin tələbələri üçün dərs vəsaiti / [red. Ə. Şəfai, T. Rüstəmova]. Bakı: Azərb. Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı, 1965. 317 s.
Fars dili [Mətn]: XI sinif üçün dərslik / müştərək - Ş.İ. Şirəliyev, Bakı: Maarif, 1993. 144 s.
Fars dili [Mətn]: XI sinif üçün dərslik / müştərək - Ş.İ. Şirəliyev, Bakı: Maarif, 1996. 184 s.
Fars dili : ADU-nun Şərqşünaslıq fakültəsinin I və II kurs tələbələri üçün dərslik /müştərək - H. Ə. Əlizadə; [red. R. Sultanov]. Bakı: Azərtədrisnəşr, 1961. 481 s.
Zəban farsi [Mətn] : Azərbaycan məktəblərinin VI-VII sinifləri üçün fars dili dərsliyi /müştərək - Ə. Azəri; [red. R. Sultanov]. Bakı: Azərnəşr, 1959.253 s.
Fars dili [Mətn]: Üçüncü sinif üçün dərslik / müştərək - M.Ş. Rəhimov. Bakı: Maarif, 1992. 104 s.
Fars dili [Mətn]: M.Ə. Rəsulzadə adına BDU-nun Şərqşünaslıq fakültəsinin III kurs tələbələri üçün dərslik / İxtisas red. M.Ş. Rəhimov. Bakı: Maarif, 1992. 312 s.:
Fars dili [Mətn] : üçüncü sinif üçün dərslik / müştərək - M. Ş. Rəhimov ; ixtisas red. A. Ə. Ələkbərova. Bakı: Maarif, 1985. 103 s.