Nişirokuqo parkı

Nişirokuqo parkı (西六郷公園, Nişirokuqo koen?)Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı (タイヤ公園, Tayya koen?) kimi tanınır.[1]

Nişirokuqo parkı
Nişirokuqo koen (西六郷公園?)
Qodzilla heykəli.
Qodzilla heykəli.
Məlumatlar
Parkın tipi ictimai
Ölkə
Yerləşməsi Nişirokuqo, Ota,  Tokio, Yaponiya Yaponiya
Sahəsi 3700 m2

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir.[1] Sahəsi təxminən 3700 m2 təşkil edir.[1]

Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır.[1] Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur.[1] Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir.[1] Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur.[1] Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir.[1]

Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir.[1] Ziyarətçilər xizək əvəzinə şinə minərək təpədən sürüşürlər.[1] Parkı uşaqlarla yanaşı, böyüklər də tez-tez ziyarət edir.[1]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Yaponiyada çəkilmiş "Yumşaq həyat" filminin bir səhnəsi bu parkda baş verir.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Nishi-Rokugō Park". Atlas Obscura (ingiliscə). 7 fevral 2017. 5 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]