Nias adası (ind. Nias) — Hind okeanının şərq hissəsində yerləşən İndoneziya adasıdır.
Nias adası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 40 km |
Hündür nöqtəsi | 886 m |
Əhalisi |
|
Yerləşməsi | |
1°00′55″ şm. e. 97°38′19″ ş. u. | |
Ölkə | İndoneziya |
Region |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada təxminən Sumatra adasından 125 kilometr qərbdə yerləşmişdir. Simolue adasından 140 kilometr şimal-qərbdə və Bata arxipelaqından 80 kilometr cənub-şərqdə yerləşmişdir. Adanın ümumi sahəsi 4772 km² təşkil edir. Nias adasının təxmini uzunluğu 40 kilometr, eni isə 125 kilometr təşkil edir. Relyefi əsasən dağlıqdır. Təpələr və vulkan məşəli dağlar üstünlük təşkil edir. Onlardan ən hündürü dəniz səviyyəsindən 886 m yüksəklikdə yerləşmişdir. Adada bitən bitkilərə laterit torpaqlarda bitən Ekvator həmişəyaşıl meşələrini misal göstərmək olar. Sahillərin uzununa boyunca manqrov meşələri yerləşmişdir. Şimalda və şərqdə isə bataqlıqlara rast gəlmək mümkündür.[2][3]
Ada 24 dekabr 2004-cü ildə ən güclü sunami nəticəsində zərər çəkmişdir. 28 mart 2005-ci ildə adada güclü zəlzələ baş vermişdir. Həmin zəlzələ həmçinin çoxsaylı dağıntılara və insan tələfatına gətirib çıxartmışdır. Zəlzələ və sunami nəticəsində adanın sahil xətti əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır.[4] Bəzi yerlərdə dəniz qurunun 50 metrlik sahilini yumuşdur. Başqa yerlərdə isə, əksinə, sahil xətti dəniz tərəfə 100 m-dəm çox yerini dəyişmişdir. Yer kürəsinin qalxması 2,9 m-dən çox təşkil etmişdir.
Ada Şimali Sumatra əyalətin tərkibinə daxildir. İnzibati cəhətdən ada 4 dairəyə bölünmüşdür: Şimali Nias, Nias, Qərbi Nias və Cənubi Nias. Həmçinin Qununqsitoli şəhəri də adanın tərkibinə daxildir.
Adanın əhalisini məlumatlara görə 2010-cu ildə 756 762 nəfər təşkil edir. Əhali arasında daha çox animistlər, həmçinin xaçpərəstlər və müsəlmanlar geniş yayılmışdır. Əhalinin əsas dili — nias dilidir.[5][6]
Dünyadan təcrid edilmiş Nias adası başqa adaların mədəniyyətlərinin nümayəndələriylə ticarət əlaqəsində olmuş və hətta tarixdən əvvəlki vaxtlardan belə Asiyada əsas ticarətçi adalardan biri olmuşdur. Bəzi tarixçilər və arxeoloqlar bu gün də mövcud olan bəzi keçmiş meqalit mədəniyyətlərindən birinin adanın yerli mədəniyyəti olduğunu iddia edirlər. Hərçənd bu fikir ciddi müzakirə olunur. Heç bir şübhə yoxdur ki, Niasın nisbi coğrafiyadan təcrid edilməsi bu unikal mədəniyyətinin yaranmasına səbəb olmuşdur.[7]
Adada əsas yayılmış bitkilər kokos və saqo palmaları tarlaları və cevizlərdir. Balıqçılıq adada yaxşı inkişaf etmişdir Lakin adada liman yoxdur, buna görə də gəmilər istədikləri yerdə dayana bilirlər.
Bütün ada üzrə ölmüşləri ifadə edən simvollar, məhsuldarlıq şərəfinə meqalit monumentləri və taxta heykəllər adada geniş yayılmışdır.