Nicat Ələsgərov

Nicat Zülfü oğlu Hüseyni (16 avqust 1990, Sumqayıt) — Azərbaycan kinorejissoru, ssenarist.

Nicat Ələsgərov
Nicat Zülfü oğlu Ələsgərov
Digər adı Nicat Hüseyni
Doğum tarixi 16 avqust 1990(1990-08-16) (33 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, ssenarist, prodüser, rejissor, prodüser

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələsgərov Nicat (Hüseyni) Zülfü oğlu 1990-cı il 16 avqust Azərbaycanın böyük şəhərlərdən biri olan Sumqayıtda dünyaya gəlmişdir. 1997-ci ildə 1 saylı orta məktəbə təhsilə başlayıb. 2008-ci ildə orta təhsilini bitirmişdir. Elə həmin il Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinorejissorluq fakultəsinə daxil olmuşdur.

Karyerası
İlk nəaliyyəti 2010-cu il "sosial məsuliyyət və sən" qısametrajlı filmlər festivalında olmuşdur. 237 film arasında 5-ci yerə layiq görülmüşdür. Daha sonralar filmlər və serial layihələrində çalışaraq öz təcrübəsini dahada artırmış, bir çox rejissorların təcrübələrindən faydalanmışdır. 2015-ci ildə ekologiyanın çirklənməsi ilə bağlı çəkdiyi videorolikə gorə fəxri fərmanla təltif olunmuşdur. 2017-ci ildə Azərbaycan kino tarixində çəkilən ilk qorxu filminin (XƏNNAS) 2-ci rejissoru kimi tarixə düşmüşdür.[1]TAOW_film şirkətinin rəhbəridir və hal-hazırda müstəqil olaraq film və serial layihələrində rejissorluq fəaliyyətini davam etdirir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Yaşamaq istəyirəm (qisametrajli film,2009) (quruluşçu rejissor, ssenarist)
  • Seçim (qisametrajli film,2010) (quruluşçu rejissor) (quruluşçu rejissor)
  • Səhv (teleserial, 2011) (qurluşçu rejissor)
  • Biri var idi, biri yox idi (teleserial, 2012) (qurluşçu rejissor) Lider TV
  • Mən evə qayıdıram (film, 2014) (titr rəssamı)
  • Səni ürəyim sevdi (teleserial, 2012) (rejissor köməkçisi) Azad Azərbaycan TV
  • Zəng (film, 2014) (rejissor)
  • Müharibənin rəngi (film,2014) (rejissor)
  • Xənnas (film, 2017) (II-ci rejissor)
  • 2-ci nəfəs (teleserial, 2017) (qurluşçu rejissor) ARB
  • TX-13 (film,2017) (qurluşçu rejissor)
  • empo Azadlıqddır (film,2017) rejissor
  • Set (film,2018) –Quruluşçu rejissor
  • Mübarizə (teleserial,2018) rejissor
  • Mübarizə (film,2018) rejissor
  • Kino Kino (film, 2019) ideya müəllifi , rejissor
  • Birin arxasındakı on (film,2019) – quruluşçu rejissor

İstinadlar[redaktə | mənbəni redaktə et]