Xənnas — rejissor Elvin Abdulla tərəfindən 2017-cı ildə çəkilən Azərbaycan tammetrajlı bədii qorxu janrlı filmi. Azərbaycanın ilk qorxu (mistik,triller) filmi.
Xənnas | |
---|---|
Janr |
Qorxu Mistika |
Rejissor | Elvin Abdulla |
Prodüser | Elvin Abdulla |
Ssenari müəllifləri | Elvin Abdulla, Nicat Dadaşov |
Baş rollarda |
Hikmət Rəhimov Pərvin Abıyeva Türkay Cəfərli Qorqud Cəfərli Nərgiz Əliyeva Zarina Qurbanova Zemfira Əbdülsəmədova |
Bəstəkar | Ruhin Məmmədov |
Rəssam | Səbuhi Atababayev |
İstehsalçı | Dream Big Company |
İlk baxış tarixi | Nizami Kino Mərkəzi, Bakı |
Filmin növü | Tammetrajlı bədii film |
Müddət | 100 dəqiqə |
Ölkələr | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2017 |
Rəng | Rəngli film |
Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır.
İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla meyitləri bu evdə dəhşətli bir hadisənin baş verməsinə dair işarə olur. Filmin gedişatında dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları qətlə yetirməsi olub. Bu lənəti götürməyə çalışan dostlar həmin mollaların sümüklərini tapır və onları basdırmağa səy göstərir.Paranormal hadisələrlə onlara mane olan qara qüvvələr dostların gecəsini kabusa çevirir...
Azərbaycan filmlərinin siyahısı