Nicat Kazımov

Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013).

Nicat Kazımov
Doğum tarixi 17 iyun 1972(1972-06-17) (52 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kinorejissor, rejissor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2013
"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 2019 "Şücaətə görə" medalı — 2022 "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — 2021
IMDb ID2928939

Nicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır.[1] Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.

2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib[2].

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var.

25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə[3], 9 may 2018-ci ildə[4], 10 may 2019-cu ildə[5], 7 may 2021-ci ildə[6] və 10 may 2022-ci ildə[7], 6 may 2023-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.

2018-ci ildə Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.[9]

14 avqust 2019-cu ildə "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 2021-ci ildə bir daha "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. 2022-ci ildə "Şücaətə görə" və "Nizami" medalları ilə təltif olunub.

Quruluş verdiyi tamaşalar

[redaktə | mənbəni redaktə et]
  • Nicat Kazımov. Tık-tık və Tuk-tuk (1996);
  • Nicat Kazımov. Cənnətin üç alması (1997);
  • Nicat Kazımov. Qırmızı papaq (1998);
  • Samuil Marşak. Кошкин дом (rus bölməsi) (1999);
  • Nicat Kazımov. Ələddinin sehirli çirağı (2000);
  • Nizami Gəncəvi. Xeyir və Şər (2001);
  • Rəsul Rza. Ana qaz (2001);
  • M. Haqverdiyev. Ah qadınlar, qadınlar (2002);
  • M. Haqverdiyev. О женшины, женшины (rus bölməsi) (2002);
  • Nicat Kazımov. Золушка (rus bölməsi) (2003);
  • Əbdürrəhim bəy Haqverdiyev. Pəri cadu (2007);
  • Nicat Kazımov. Çəkməli pişik (2008);
  • Samuil Marşak. Pişiyin evi (2009);
  • Blangi Marvin. Yatmış gözəl (2010);
  • Eduardo De Filippo. Kabuslar (Milli Akademik dram teatrı) (2011);
  • Mate Vişnek. Qoca kloun (2012);
  • Kamran Ağabalayev, Nicat Kazımov. Hekayəti şahzadeyi Xəzər (2012).
  • Rey Kuni "Zorən şorgöz" (Milli akademik dram teayrı) (2013)
  • Abdulla Şaiq "Danışan gəlincik" (2013)
  • Yevgeni Şvarts "Kölgə" (Milli Akademik dram teatrı) (2014)
  • "Qoğal" nağıl tamaşa (2014)
  • "Çirkin ördək balası" (2015)
  • "Tarixin canlı səhifələri −1 " (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014
  • "Tarixin canlı səhifələri −2 " Qadın Hökmdarlar (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014
  • "Tarixin canlı səhifələri −3 " 1941–1945 (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015
  • Əziz Nesin. "Öldür məni, can-ciyər" (Qaqauz Milli Teatrı, Moldova, 2016)[10]
  • "Sarı gəlin" (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015
  • Məhəmməd Füzuli. "Leyli və Məcnun" (2016)[11]
  • "Bremen musiqiçiləri" Azərbaycan və Rus dillərində 2018
  • E. Şmit "Tanrıya 14 məktub" 2019
  • windsor horse show 2018–2019–2021 — 2022
  • Tələbə baharı "NƏSİMİ" 2019
  • Möcüzəli pillələr" 2019
  • Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş "Yenilməzlər" adlı şou — 2019
  • "Sindibad" 2019
  • "Sindibad" rok opera 2018
  • Eduardo de Filippo "Filumena Marturano" — (Milli Akademik dram teatrı) (2021)
  • A. P. Çexov "Qağayı" — (Gənc tamaşaçılar teatrı) (2022)
  • Şuşada keçirilən 1-ci Beynəlxalq Kulinariya festivalı (2022)
  • Şuşada keçirilən Vaqif poeziya günləri "Əsr lərin sədası" (2022)
  • İlqar Fəhmi "Balaca Kİşilər"(Milli Gənc Tamaşaçılar Teatrı) (2023)
  • "Göyçək Fatma" - (Akademik Milli Dram Teatrı) (2023)
  • "El bilir ki, sən mənimsən" Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir (Milli Gənc Tamaşaçılar Teatrı) (2023)
  • "Qorqud Ata" Film festivalının bağlanışı - (2023)
  • Ədəbiyyat Formunun Açılışı - (2023)
  • "Gerçəkləşməyən arzular" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
  • "Xıdır Nəbi" - (H. Əliyev Sarayı) (2024)
  • "Zəfərin 4 anı" - (H. Əliyev Sarayı) (2024)
  • P. Seyidli "Ümid Nəğməsi" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
  • A. Şaiq "Tık-tık xanım" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
  • Türksoyun Tələbə tamaşaları festivalının açılış və bağlanış tədbirləri (2024)
  • "Bir qalanın Sirri" - (Akademik Milli Dram Teatrı) (2024)
  • İ. Fəhmi - "Qızım Qızılım" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
  • Bomarşe - "Fiqaronun Toyu" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
  1. İctimai TV. "Məşhurların ilk dərs günü" (az.). Youtube.com. 15.09.2023. İstifadə tarixi: 2023-09-15.
  2. Həmidə. ""Yaşanan yarım əsr"" (az.). "Mədəniyyət" qəzeti. 31.03.2023. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  9. ARB 24. "Mədəniyyət xəbərləri (22.05.18)" (az.). Youtube.com. 22.05.2018. İstifadə tarixi: 2018-05-22.
  10. Ülviyyə Həsənqızı. "Azərbaycanın əməkdar artisti Moldovada tamaşa hazırlayıb" (az.). Report.az. 17.08.2016. 2016-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.
  11. Lider TV. ""Leyli və Məcnun" yeni quruluşda təqdim olundu" (az.). Youtube.com. 05.12.2016. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]