Nicat Məlikov (rejissor)

Nicat Məlikov (1 iyun, 1986, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar, prodüser və rejissor.[mənbə göstərin]

Nicat Məlikov
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Filolog
Təhsili Ali təhsil
Fəaliyyəti Kompozitor, Rejissor
Fəaliyyət illəri 2005 - h. h.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nicat Məlikov Azərbaycanın Bakı şəhərində anadan olub. 1993-cü ildə 46 saylı orta məktəbin birinci sinfinə, 2004-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 2006-2009-cu illərdə Nicat Məlikov “M Group Production” şirkətinin əməkdaşı olub. Nicat Məlikov "Bu Da Bu" layihənin baş rejissor vəzifəsində çalışıb. 2009-cu ildən başlayaraq Nicat Məlikovun mahnı yazmağa daha çox diqqət ayırması onun bəstəkarlıq peşəsinə başlamasına səbəb olub.

Onun ilk işlərindən biri Azərbaycandan olan ilk Eurovision iştirakçısı - Samir Cavadzadənin ifa etdiyi "Guci-guci" mahnısı olub. Bundan sonra Nicat Məlikov bütün vaxtını və diqqətini gənc istedad Rauf Əhmədovun yetişdirilməsinə yönəltdi. Rauf Əhmədov üçün ilk böyük hit Nicat Məlikovun yazdığı "Mənfi 40 (-40)" mahnısı oldu.

Hazırda Nicat Məlikov Aygün Kazımova, Röya, Sevda Ələkbərzadə, Samir Cavadzadə, Rauf Əhmədov və başqaları kimi Azərbaycanın görkəmli və əməkdar artistlərinin söz və musiqi müəllifidir.

Karyerası[redaktə | mənbəni redaktə et]

Kompozitor[redaktə | mənbəni redaktə et]

Aşağıdakı bəstələrin musiqisi və sözlərinin müəllifi Nicat Məlikovdur.

Buraxılan il Mahnının adı Sözlərin müəllifi
2009 Samir Cavadzade - Guci Guci Nicat Məlikov
2011 Rauf - Cəmilə Nicat Məlikov
2014 Rauf - -40 (Mənfi qırx dərəcə) Nicat Məlikov
2015 Rauf - Nərgiz gülü Nicat Məlikov
2015 Rauf - Limonlu çay Nicat Məlikov
2015 Rauf - Dəyişdi Nicat Məlikov
2016 Rauf - Davam ya tamam ("Davam ya Tamam" OST) Nicat Məlikov
2016 Rauf - Gec-tez Nicat Məlikov
2017 Rauf - Sən hərşeysən Nicat Məlikov
2017 Rauf - H2O Nicat Məlikov
2017 Kazımcan - Əqrəblər Nicat Məlikov
2018 Rauf - Əsas Bass Nicat Məlikov
2018 Rauf & Aygün Kazımova - Yaraşdın mənə Nicat Məlikov
2018 Rauf - Əsas Bass Nicat Məlikov
2019 Rauf - Sev Nicat Məlikov
2019 Samir Piriyev - Səma Dəniz Bir də Mən Nicat Məlikov
2019 Samir Piriyev - По любви Nicat Məlikov
2019 Samir Piriyev - Oxudum Nicat Məlikov
2020 Rauf & Aygün Kazımova - Aya Nicat Məlikov
2020 Sevda Ələkbərzadə — Ən Nicat Məlikov
2020 Samir Piriyev - İnan Nicat Məlikov
2021 Rauf & Röya - Olar Nicat Məlikov
2021 Rauf - Ən vətən Nicat Məlikov
2021 Rauf - Əfv Nicat Məlikov
2021 Rauf - Bilirsən Nicat Məlikov
2021 Aygün Kazımova - De Nicat Məlikov

Rejissor[redaktə | mənbəni redaktə et]

Buraxılan il Klip Rejissor
2014 Rauf - Mənfi qırx dərəcə (-40) Nicat Məlikov
2015 Rauf - Nərgiz gülü Nicat Məlikov
2017 Kazımcan - Əqrəblər Nicat Məlikov
2018 Rauf & Aygün Kazımova - Yaraşdın mənə Nicat Məlikov
2018 Rauf & Aygün Kazımova - Aya Nicat Məlikov
2019 Samir Piriyev - Səma Dəniz Bir də Mən Nicat Məlikov
2020 Samir Piriyev - İnan Nicat Məlikov
2021 Rauf & Röya - Olar Nicat Məlikov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.youtube.com/watch?v=6JdSmOlfCJQ&ab_channel=X%C9%99z%C9%99rMedia - Nicat Məlikov "Xəzər" telekanalın "2x2" verlişin qonağı
  2. https://www.youtube.com/watch?v=DP13JaIANls - Nicat Məlikov "AzTV" telekanalın "Evimizdə" verlişin qonağı
  3. https://1news.az/news/20181024112847894-Aigyun-Kyazimova-i-Rauf-Akhmedov-intriguyut-tizerom-novogo-klipa-VIDEO
  4. https://1news.az/news/20180523013710302-Roskosh-i-blesk-Aigyun-Kyazimova-i-Rauf-Akhmedov-ustroili-grandioznuyu-vecherinku-v-stile-Velikogo-Getsbi-VIDEO
  5. https://1news.az/news/20201109123449812-Rauf-Akhmedov-Pesnyu-En-Veten-ya-posvyashcayu-nashemu-edinstvu-VIDEO
  6. https://1news.az/news/20160919122712386-Nigyar-Dzhamal-snyalas-v-novom-klipe-Raufa-Akhmedova-VIDEO
  7. https://1news.az/news/20170905120157370-Rauf-Akhmedov-snyalsya-s-obnazhennoi-modelyu-dlya-oblozhki-novogo-singla-FOTO-AUDIO
  8. https://1news.az/news/20150210113141789-Premera-pesni-Rauf-Akhmedov-Limonlu-chay-AUDIO-FOTO
  9. https://www.youtube.com/watch?v=sVUh1ek4Mek&ab_channel=NIL-NewImageLabel
  10. https://www.youtube.com/watch?v=9DGpCTH9YGw&ab_channel=NIL-NewImageLabel