Niderland 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.[1]
2012 Avroviziya Mahnı Müsabiqəsi | ||
---|---|---|
Milli seçim | ||
Ölkə | Niderland | |
Nəticələr |
Niderlandın TROS yayımçısı bu ölkənin 2012-ci ilin may ayında Azərbaycanda keçiriləcək Avroviziya 2012 müsabiqəsi üçün seçim planını elan edib. Birinci elan edilmiş dəyişiklərdə TROS istedadlı bəstəkar və müğənnilərə öz musiqilərini təqdim etmək üçün qeyri-adi üsul təqdim edib. İki köməkçi tərəfindən dəstəklənən TROS direktoru növbəti üç ay ərzində TROS qərargahının həyətində duracaq böyük bir çemodanı göstərib. TROS tanınmış və tanınmamış müğənniləri, eləcə də bəstəkarları öz mahnılarını çemodana aid olan poçt qutusuna göndərməyə dəvət edib: “Bu il mahnılar ayrı-ayrı yollarla təqdim edilə biləcək. İnsanlar musiqi sözlərini, musiqini, ifaçının adını, tam audio istehsalını təqdim etməkdə azaddırlar”. Niderlandda Avroviziya 2012 müsabiqəsi ilə bağlı keçiriləcək milli seçimlərdə iştirak etmək üçün son müraciət günü sentyabrın 30-dur. Seçimlərdə iştirak edən müğənnilərdən 6-7 nəfəri seçilərək növbəti ilin yanvarında bu ölkədə baş tutacaq musiqi festivalında iştirak hüququ əldə edəcək və Niderlandın Avroviziya 2012 təmsilçisi məhz həmin festivalda, elə 6-7 musiqiçi arasından seçiləcək.[2]