Niderland Xarici İşlər Nazirliyi (nid. Ministerie van Buitenlandse Zaken) — Niderland Krallığının xarici əlaqələrindən, o cümlədən Avropada əməkdaşlıq və beynəlxalq inkişafından məsuldur.
Bu məqsədlə nazirliyin daxilində aşağıdakı qanunlar yaradılmışdırː
- Beynəlxalq hüquq normalarını və insan hüquqlarına hörmətin gücləndirilməsi.
- Təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, effektiv humanitar yardım və səmərəli idarəetmə.
- Avropa əməkdaşlığını gücləndirmək.
- Dünyadakı zənginliyi artırmaq və yoxsulluqun azaldılması.
- İnsanlığın və sosial inkişafın gücləndirilməsinə kömək etmək.
- Ətraf mühitin qorunması və inkişaf etdirilməsi.
- Xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək.
- Niderlandın mədəni profilini təkmilləşdirmək və Niderland daxilində və xaricində müsbət bir görünüş yaratmaq.
Nazikrlik iki siyasi nazir rəhbərindən, dövlət katibindən, Qaaqedə Dövlət xadimi, diplomatik missyalar və müxtəlif müstəqil qurumlardan ibarətdir.
- Avropa ilə əməkdaşlıq məsələləri üzrə baş müdirlik. Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Benilüks kimi beynəlxalq təşkilatlar və birliklər dövlət siyasətini koordinasiya edir.
- Siyasi məsələlər üzrə baş müdirlik, sülh, təhlükəsizlik və insan hüquqları məsələsi ilə məşğul olur. Buna NATO və Beynəlxalq Millətlər Təşkilatının siyasi rolu da daxildir.
- Beynəlxalq Əməkdaşlıq Baş müdürlüyü iqtisadi inkişaf, təhsil, səhiyyə və ətraf mühit daxil olmaqla, beynəlxalq inkişafa cavabdehdir.
- Regional siyasət və Konsulluq İşləri Baş müdürlüyü diplomatik missiyaları koordinasiya edir.
Niderlandın 150-dən çox dövlət qurumu mövcuddur:
- Beynəlxalq Məsələlər üzrə Məsləhət Şurası
- Beynəlxalq İctimai Hüquq Məsələləri üzrə Məsləhət Komitəsi
- Xüsusi Beynəlxalq Hüquq üzrə Hökumət Komitəsi
- İnkişaf etməkdə olan ölkələrdən idxal təşviqi mərkəzi
- Beynəlxalq Əməkdaşlıq və Davamlı İnkişaf üzrə Milli Komitə