Niderland incəsənəti — orta əsrlərdə tarixi Niderland ərazisində inkişaf etmiş vahid rəssamlıq məktəbi.
XVI əsr Niderland burjua inqilabı nəticəsində Niderland incəsənəti Hollandiya və Flamand rəssamlıq məktəblərinə ayrılmışdır.
XV əsr Niderland intibahı boyakarlıq məktəbi (mehrab rəsmləri, portret və miniatürlər) Avropada ən məşhur rəssamlıq məktəbi olmuşdur.
XV – XVI əsrlərdə şpaler sənəti, zərgərlik, tikmə, XVI əsrin sonundan isə krujeva hörmə sənəti inkişaf etmişdir.