Niftulla Əsgərov (5 iyul 1959, Girdəni, Lənkəran rayonu – 22 yanvar 2024) — aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti
Niftulla Əsgərov | |
---|---|
Niftulla Fətulla oğlu Əsgərov | |
Doğum tarixi | |
Doğum yeri | Girdəni |
Vəfat tarixi | (64 yaşında) |
Dəfn yeri | Girdəni |
Vətəndaşlığı | Azərbaycan |
Mükafatları |
|
Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb. Teatrda S. M. Qənizadənin "Xor-xor" əsərində Seyfulla, İ. Məlikzadənin "Gəl qohum olaq"ında Camal, H. Abbaszadənin "Həzi Aslanov"unda Bekişvilli, Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən"ində Atamoğlan əmi, N. B. Vəzirovun "Hacı Qənbər"ində Qıdı Kirvə, E. İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir"ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü"ndə Aşot, B. Nuşiçin "Nazirin xanımı"nda Çeda, N. Nərimanovun "Nadir şah"nda Əliəşrəf bəy və s. obrazlara səhnə həyatı verib.[1]
Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.
2024-cü il yanvar ayının 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.[2] Lənkəranın Girdəni kəndinin qəbiristanlığında dəfn olunub.[2]
2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı[3] ilə təltif olunub. 2018-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.[4]