Nigar Həşimzadə (d. 19 iyul, 1964, Bakı, Azərbaycan) — iqtisadçı, professor, Durham Universitetində professor.[1]
1964-cü il iyul ayının 19-da anadan olmuşdur.
Atası Firidun Məmmədəli oğlu Həşimzadə (d. 1935) Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır.[2]
Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur.[3]
Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980).[4]
- Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor.
- Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri.
- Elmi işçi, Maliyyə Araşdırmalar İnstitutu
- Elmi işçi, Vergi Araşdırma Mərkəzi
- İşçi, CESifo Tədqiqat Şəbəkəsi
- Baş Redaktor, Vergi Administrasiyası jurnalı
- 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları. İqtisadiyyat, MA; İqtisadiyya üzrə fəlsəfə doktoru. Sage təqaüdü. Elmi işinin adı: "Dinamik iqtisadiyyat haqqında üç oçerklər".
- 1997 - 1998: Miami Universiteti, Oksford, Ohayo, Amerika Birləşmiş Ştatları. İqtisadiyyat MA. Muskie təqaüdü. Elmi işinin adı: "Siyasi qeyri-müəyyənlik altında insan kapitalı və artım."
- 1987 - 1990: Fizika İnstitutu, Bakı, Azərbaycan SSRİ. Yarımkeçiricilər və dielektriklər fiziki, Fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru ekvivalenti), Lenin təqaüdü.
- 1980 - 1985: Azərbaycan Dövlət Universiteti, Bakı, Azərbaycan, SSRİ. Fizik, Ali təhsil diplomu (MSc ekvivalent). Fərqləndirmə Diplomu ilə bitirmişdir.
- 1977 - 1980: # 134 tam orta məktəbi, Bakı, Qızıl medal ilə bitirmişdir.
- 1970 - 1977: # 27 orta məktəb, Bakı.
- 2008 - 2013: Ridinq Universiteti professoru, Böyük Britaniya.
- 2008 - 2011: Araşdırma direktoru, İqtisadiyyat.
- 2011 - 2013: İqtisadiyyat şöbəsinin rəhbəri.
- 2012 - 2013: İqtisadiyyat Bakalavr Proqramları Rəhbəri
- 2007 - 2008: Dosent, Ekseter Universiteti, Böyük Britaniya.
- 2003 - 2006: Mühazirəçi, Ekseter Universiteti, Böyük Britaniya.
- 1994 - 1997: Elmi tədqiqatçı, Fizika İnstitutu, Bakı, Azərbaycan.
- 1990 - 1993: Kiçik Elmi İşçi, Fizika İnstitutu, Bakı, Azərbaycan.
- 1985 - 1987: Kiçik Elmi İşçi, Fotoelektronika İnstitutu, Bakı, Azərbaycan, SSRİ.
28 ədəd jurnal məqaləsinə sahibdir.
- "Bir təsadüfi mübadilə iqtisadiyyatında qeyri-müəyyənlik altında sağ qalma", (M. Majumdar ilə) Riyazi Statistika Mühazirə Qeydləri İnstitutu / monoqrafiya Sseriyası, Cild 41, səh. 187-208 (2003).
- "Sağ qalma, qeyri-müəyyənlik, və tarazlıq nəzəriyyəsi: ekspozisiya" (M. Majumdar ilə), David Kass üçün Festşrift (A. Citanna, J. Donaldson, et.al. EDS) Dinamik Ümumi Tarazlıq nəzəriyyəsi Esseləri : İqtisadiyyat nəzəriyyəsi Cild Studies. 20, səh. 107-128 (2005).
- "Bəzi monoton Markov modelləri" (M. Majumdar ilə), İqtisadi nəzəriyyə və siyasəti ölçüləri: Anjan Mukherji üçün esselər (Redaktorları: K.G. Dastidar və başqaları.), OUP (2011).
- "Uzunmüddətli qiymət dinamikası: əmtəələr arasında əvəzolunın ölçülməsi" (K. Kasson və M. Kasson ilə), İqtisadiyyat tarixində geniş system məlumat bazalarında: Tədqiqat Metodları və Mülahizə Araşdırmaları (Eds: M. Kasson və N. Həşimzadə), Routledge (2013).
- "Vergi uyğunluğu və auditi analiz üçün agentlərə əsaslanan modelləşdirilmədən istifadə" ( G. D. Maylis), Vergidən yayınmanın agentlərə əsaslandırılan modelləşdirilməsi: Nəzəri aspektləri və hesablama simulyatorları, (Redaktorları: S. Hokamp, L. Qulyas, M. Koehler and S. Vijesinqe), Uayli (2017).
- Aralıq İctimai İqtisadiyyat üçün dərslik ( J. Hindriks və G.D. Maylis ilə) I nəşr, MIT nəşriyyatı (2006), II nəşr, MIT nəşriyyatı (2012).
- Oksford İqtisadi terminlər lüğəti ( G. D. Maylis və J. Blak ilə), III nəşr, OUP (2009), IV nəşr, OUP (2012), V nəşr, OUP (2017).
- Empirik makroiqtisadiyyatda tədqiqat metodları və tətbiqi üsullarının təlimat kitabı ( həmmüəllif M. Torton ), Eduard Elqar (2013)
- İqtisadiyyat tarixində geniş məlumat bazası sistemi: Tədqiqat Metodları və Hadisələrin Tədqiqi (həmmüəllif M. Kasson), Roudledg (2013)
- Vergilərin aradan qaldırılması ilə bağlı tədqiqatlarda əməkdaşlıq ( həmmüəllif Y. Epifantseva), Routledg ( nəşr 2017-ci il, oktyabr).[5]
- 1987 - 1997-ci ildə beynəlxalq hakimlərin yoxladığı fizika jurnallarında aparıcı 11 məqalə.
Konfranslar Və Seminarlarda (32 təqdimat).