Nigar Helmi Abbasbəyli (21 fevral 1975, Bakı şəhəri) — Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəznində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü (IAA/AIAP). "Miras" qrupunun yaradıcısı və kreativ direktoru.[1][2]
Nigar Helmi Abbasbəyli | |
---|---|
Nigar Helmi Abbasbəyli | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | rəssam, dizayner |
Təhsili | Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Mədəniyyət və Incəsənət kolleci |
Janrlar | portret, peyzaj, səhnəqrafiya, natürmort |
Stil | realizm |
Tanınmış işləri | "Gövhər Ağa məscidi”, “Bülbül evinin xarabalıqları”, “Pənəli xan sarayının xarabalıqları”, “Varəzgün məbədi” |
Üzvlüyü | |
Mükafatları | Global Woman Awards 2022, Golden Palm Award 2021 |
nigarhelmi.com |
Nigar Helmi Abbasbəyli 21 fevral 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-ci ildə Mədəniyyət və Incəsənət kollecin, 1998-ci ildə Xəzər Universitetinin Beynəlxalq jurnalistika və inglis dili filologiya və tərcuməçiliyi fakültəsini, 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
Məmməd Abbasbəyli ilə ailəlidir. 3 övladları var.
Mirzə Nəsrulla Əmirovun nəticəsidir.
Rəssamlıq karyerasına 2012-ci ildən başlamışdır. 2021-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Nigar Helminin son silsilə əsərləri Qarabağ mövzusuna həsr olunub.[3][4] "Gövhər Ağa məscidi", "Bülbül evinin xarabalıqları", "Pənahəli xan sarayının xarabalıqları" və "Varəzgün məbədi" kimi məşhur əsərlərindən bəziləri Assosiasiya des Artistes Contemporains de Turquie à Paris və "ART EXPO NEW YORK" tərəfindən təşkil olunmuş "Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisi" kimi bir sıra incəsənət nümayiş və sərgilərinin diqqətini çəkib.[5][6][7][8][9]
Nigar Helmi öz sənətkarlığını yaradıcı təşəbbüskarlığı ilə birləşdirmək üçün köhnə arzusunu həyata keçirərək orijinal "Miras" brendini yaratmışdır.[10][11]