Niger gerbi

Niger gerbi Afrika qitəsində yerləşən ölkələrdən biri olan Niger tərəfindən hal-hazırda istifadə edilən rəsmi dövlət gerbidir.

Niger gerbi
Detallar
Armiger Niger
Təsis edilib 1 dekabr 1962
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gerbin mərkəzi hissəsində yerləşən və fona sahib olan qalxanın daxilində qızıl rəngində dörd rəmz vardır. Gerbdəki simvollar arasında yer alan günəş qalxanın mərkəzi hissəsində, heraldik baxımından gerbin sağ tərəfində isə ölkədəki qaradərililəri və hausaları simvolizə edən nizə, onun üzərində diaqonal olaraq yerləşdirilmiş olan və ağdərili insanları simvolizə edən iki ədəd qılınc var, sol tərəfdə isə ölkədəki əkinçilik fəaliyyətini simvolizə edən üç ədəd darı sünbülü, aşağı hissəsində isə inək hesab edilən və ölkə daxilindəki heyvandarlığı və eyni zamanda da şimalda yaşayan köçəri icmaları simvolizə edən zebu başı yerləşdirilmişdir. Gerbin arxa tərəfində ikisi sağda və ikisi də solda olmaqla diaqonal formada yerləşdirilmiş olan nizələr qatlanmış (və ya örtülmüş) Niger bayrağı ilə göstərilir. Gerbin alt hissəsindəki ağ rəngli fonda yerləşən şüar zolağında isə ölkənin fransızca adı olan REPUBLIQUE DU NIGER (Azərbaycan dilində: Niger Respublikası) sözləri yazılmışdır.

Niger bayrağı